Tariximizin təbliğində Milli Azərbaycan Tarixi Muzeyinin xidmətləri əvəzsizdir
22.10.2015 [10:33]
Oktyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun 95 illik yubileyinə həsr olunan sərginin açılışı və “Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi olub.
Virtual muzey Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya- Kommunikasiya Texnologiyaları Mərkəzi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə iştirak edən müvafiq qurumların nümayəndələri, alim və mütəxəssislər, jurnalistlər sərgi ilə tanış olublar. Sərgidə muzeyin fondlarında qorunan maraqlı eksponatlar, nəşrlər nümayiş etdirilib, muzeyin direktoru, akademik Nailə Vəlixanlının müəllifi və tərtibatçısı olduğu “Milli Azərbaycan Tarixi Muzeyi - 95” kitab-albomu təqdim edilib.
Tədbirdə çıxış edən akademik Nailə Vəlixanlı Ümummilli lider Heydər Əliyevin elmə xüsusi əhəmiyyət verdiyini, Ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Dövlətimizin başçısı İlham Əliyevin Milli Azərbaycan Tarixi Muzeyinə daim qayğı göstərdiyini diqqətə çatdıran alim rəhbərlik etdiyi qurumun keçdiyi tarixi yol, beynəlxalq əlaqələri və müəssisədə reallaşdırılan tədbirlər, qazanılan nailiyyətlərdən danışıb, “Virtual Qarabağ Tarixi Muzeyi”nin əhəmiyyətini diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ulu öndər Heydər Əliyevin elmə, təhsilə, mədəniyyətə böyük önəm verdiyini, dahi rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti barədə fikirlərini bölüşən akademik İ.Həbibbəyli qeyd edib ki, mühüm elm və mədəniyyət ocağı olan muzey beynəlxalq əlaqələrini genişləndirir, Azərbaycanın qədim dövlətçilik tarixini, müstəqillik dövründə qazandığı nailiyyətləri bütün dünyada tanıdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev Milli Azərbaycan Tarixi Muzeyinin tariximizin, mədəniyyətimizin dünyada tanıdılmasında çox önəmli rolu olduğunu diqqətə çatdırıb, “Virtual Qarabağ Tarixi Muzeyi”nin həm Azərbaycanda, həm də digər ölkələrdə Qarabağla bağlı aparılan tədqiqat və təbliğat işində mühüm rolu olacağını vurğulayıb.
Tədbirdə qeyd edilib ki, “Virtual Qarabağ Tarixi Muzeyi” layihəsinin məqsədi müxtəlif muzeylərdə saxlanılan və Qarabağın tarixi, mədəni irsini əks etdirən eksponatları bir yerə cəmləməkdən ibarətdir. Burada Qarabağa dair 32 muzey və şəxsi kolleksiyadan 900-ə yaxın eksponat toplanıb.
“Virtual Qarabağ Tarixi Muzeyi” “Virtual Qarabağ” İnformasiya- Kommunikasiya Texnologiyaları Mərkəzinin www.virtualkarabakh.az portalının server bazasına yüklənərək saxlanılacaq və muzeylə həmin portal vasitəsilə tanış olmaq mümkün olacaq.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudov tariximizin təbliğinin vacibliyindən, bu sahədə Milli Azərbaycan Tarixi Muzeyinin rolundan bəhs ediblər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

