Valideynsiz böyümüş xocalılı məcburi köçkünlərə mənzillər verildi
23.10.2015 [10:42]
Bəşər tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının qurbanlarının xatirəsi Azərbaycan xalqının qəlbində düşmənə daim nifrət hissi oyatmaqla bərabər əbədiyyət qazanıb. Bu misli görünməmiş faciənin qurbanlarının, onların ailələrinin, soyqırımı nəticəsində əlil olanların, itkin düşənlərin, valideynlərini itirənlərin ailələrinə və yaxınlarına diqqət və qayğı göstərilməsi daim dövlətimizin və şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Onların qayğılarının yüngülləşdirilməsi, problemlərinin aradan qaldırılması üçün davamlı tədbirlər həyata keçirilir.
Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 məcburi köçkün ailəsindən qalan 16 ailəyə də yeni mənzillərin verilməsi bu qayğı və diqqətin nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ermənilərin törətdikləri Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirdikdən sonra Sabunçu rayonu ərazisindəki Qızılqum sanatoriyasında və başqa yerlərdə qohumlarının himayəsi altında böyüyən məcburi köçkün gəncləri qəbul edib. Həyatın ağrı-acıları ilə böyümüş bu gənclərin dövlət başçısının tapşırığına əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Sabunçu rayonu, Ramanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün tikilmiş yaşayış binasından onlara ailə tərkibinə uyğun, hər cür şəraiti olan mənzillər ayrıldığını bildirən Baş nazirin müavini Əli Həsənov Azərbaycan dövlətinin bu təbəqədən olan soydaşlarımızın müxtəlif problemlərinin həllini bundan sonra da diqqət mərkəzində saxlayacağını deyib, onlara yeni mənzillərində xoşbəxtlik arzulayıb.
Soyqırımı zamanı hər iki valideynini itirmiş və valideyn həsrəti ilə böyümüş gənclərdən Yasəmən Həsənova, Natiq Məmmədov, Həmayıl Vəliyeva, Milli Qəhrəman Tofiq Hüseynovun qızı Əfsanə Ələkbərova bu xeyirxahlığa görə minnətdarlıqlarını bildiriblər. Onlar Prezident İlham Əliyevin bu tapşırığını dövlətimizin başçısının nəinki təkcə Xocalıdan olan, eyni zamanda, ölkəmizdəki bütün qaçqın və köçkünlərə göstərdiyi qayğının növbəti təzahürü kimi dəyərləndiriblər.
Sonra yeni mənzil almış məcburi köçkün gənclərə Dövlətqaçqınkomun Repatrasiya Departamenti tərəfindən mənzillərin orderləri və açarları təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39

