Dini radikalizmlə mübarizədə dini icmaların rolu müzakirə olunub
04.11.2015 [09:35]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Sumqayıtda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda seminar- müşavirə keçirib. Tədbirdə Sumqayıt şəhərində, Abşeron və Xızı rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri iştirak ediblər.
Komitənin sədr müavini Səyavuş Heydərov ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq qeyd edib ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir. Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu sahədə ən effektiv vasitə maarifləndirmə işidir.
Ölkədə dini radikalizm meyillərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışan S.Heydərov bildirib ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla, eyni zamanda dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdir. O, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərinə də toxunub. Vurğulanıb ki, dini radikalizmlə mübarizənin gücləndirilməsi, milli-mənəvi dəyərlərin, tolerantlıq mühitinin qorunub saxlanılması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə dini maarifləndirmə işinin aparılması zəruridir. Bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışan S.Heydərov bunun qarşısının alınması üçün görülən işlərin intensiv davam etdiriləcəyini diqqətə çatdırıb.
DQİDK-nın sədr müavini Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını xatırladıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyib.
Sonra DQİDK-nın dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun “Dini radikalizm: mahiyyəti, səbəbləri və təzahür formaları”, Sumqayıt cümə məscidinin axundu Rauf Sərdarovun “İslamda əsl cihad anlayışı və sui-istifadə halları” haqqında məruzələri və digər çıxışlar dinlənilib.
Regionda fəaliyyət göstərən dini icmaların sədrləri əhalinin dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal cərəyanların təsirindən qorunması və din xadimlərinin məlumatlandırılması üçün bu cür maarifləndirici tədbirlərə ehtiyac olduğunu vurğulayıblar.
Seminar-müşavirənin sonunda iştirakçılara dini ədəbiyyat paylanıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

