BSU-da beynəlxalq elmi-praktik seminarın açılışı olub
09.12.2015 [10:00]
“Azərbaycanın orta və ali məktəblərində rus dilinin tədrisi: xüsusiyyətlər və tələbat”
Dünən Bakı Slavyan Universitetinin Beynəlxalq Rus Dili və Ədəbiyyat Müəllimləri Assosiasiyası (BRDƏMA) və “Russkiy mir” Fondu (Rusiya) ilə birgə keçirdiyi “Azərbaycanın orta və ali məktəblərində rus dilinin tədrisi: xüsusiyyətlər və tələbat” mövzusunda iki günlük beynəlxalq elmi-praktik seminarın açılış mərasimi olub. Tədbirdə çıxış edən rektor, professor Asif Hacıyev seminarın mahiyyətindən söz açıb, habelə BSU-nun çoxşaxəli fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb. Bildirib ki, universitetdə slavyanşünaslığın müxtəlif sahələri üzrə kadr hazırlanır, növbəti tədris ilindən isə serb və makedon dillərinin də tədrisinə başlanacaq. Rektor BSU-nun fəaliyyətində rusistikanın əsas yer tutduğunu, rus dili və ədəbiyyatı, rusiyaşünaslıq, tərcümə və başqa sahələr üzrə mütəxəssis hazırlandığını, habelə rusistikaya aid fundamental elmi tədqiqatlar aparıldığını qeyd edib.
Qonaqların diqqətinə çatdırılıb ki, BSU Rusiyanın bir çox nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq edir, birgə elmi konfranslar, ixtisasartırma kursları, tələbə mübadiləsi həyata keçirilir. Professor A.Hacıyev BSU-nun xarici ölkələrin universitetləri ilə müştərək elmi layihələrindən, universitet tərəfindən xaricdə, o cümlədən Moskva Dövlət Linqvistik Universiteti və Ural Federal Universitetində azərbaycanşünaslığın tədrisinin təşkilindən də danışıb. Rektor ölkəmizdə rus dilinə böyük maraq olduğunu və bunun dövlət tərəfindən dəstəkləndiyini, Azərbaycanın bir çox orta təhsil müəssisələrində və universitetlərdə rus dili bölmələrinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Rus Dövlət Dram Teatrının, müxtəlif rusdilli mətbu orqanların uğurla fəaliyyət göstərdiyini vurğulayıb.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Beynəlxalq Rus Dili və Ədəbiyyat Müəllimləri Assosiasiyasının prezidenti, Sankt-Peterburq Dövlət Universitetinin və Rusiya Təhsil Akademiyasının prezidenti, “Russkiy mir” Fondunun Himayədarlar Şurasının sədri, görkəmli alim, akademik Lyudmila Verbitskaya Azərbaycanın sürətli inkişafına, Bakının gözəlliyinə heyran olduğunu deyib. Rus dilinin tədrisi metodikası, dərslikləri ilə bağlı məsələlərə toxunan L.Verbitskaya seminarda bu vacib məsələlərin müzakirə ediləcəyini bildirib. O, həmçinin Azərbaycanda rus dilinə olan münasibətdən, rus dilinin təhsildə, cəmiyyətdə tutduğu mövqedən, BSU-nun təhsil və elmi fəaliyyətindən dərin razılığını bildirib. Azərbaycanda rus dili ilə bağlı vəziyyətin digər ölkələr üçün nümunə olduğunu qeyd edib.
Seminar çərçivəsində professorlar A.Hacıyev və L.Verbitskayanın moderatorluğu ilə “Rus dilində təhsil alan xarici məktəb şagirdlərinin şifahi nitqinin qiymətləndirilməsi meyarları” mövzusunda “dəyirmi masa”, rusiyalı mütəxəssislər tərəfindən ustad dərsləri, mühazirələr keçirilib. “Dəyirmi masa”da və digər tədbirlərdə rusiyalı mütəxəssislər - Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Olqa Rudenko-Morqun, Moskva Dövlət Universitetinin professoru Andrey Boqomolov, Sankt-Peterburq Dövlət Universitetinin professoru Tatyana Popova və bu universitetin müəllimi Arseniy Parfyonov, BRDƏMA-nın katibliyinin direktoru Aleksandr Korotışev çıxış ediblər. Müzakirələrdə azərbaycanlı alimlər - BDU-nun kafedra müdiri, professor Ədibə Paşayeva, BSU-nun professoru, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru Flora Naciyeva, “Rossotrudniçestvo”nin nümayəndəsi Lyudmila Yakunina, ATU-nun professoru Alimə Osmanzadə, BSU-nun kafedra müdiri, professor İlyas Həmidov və başqalarının çıxışları da maraqla qarşılanıb.
Qonaqlara BSU nəşrləri, o cümlədən “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının yeni nömrələri, rusistikada ilk dəfə hazırlanaraq çap edilən yeddi cildlik “Sergey Yeseninin dilinin lüğəti” və BSU tələbələrinin İsmayıllı rayonunun İvanovka kəndindən topladığı folklor nümunələri məcmuəsi təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

