/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş olub
10.12.2015 [10:15]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Brukla ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüş olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi sahəsində islahat tədbirlərinin geniş vüsət aldığını vurğulayıb. Bildirib ki, bu tədbirlərdə biz mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin müvafiq sahələr üzrə ixtisaslaşmış qurumları ilə əməkdaşlığa xüsusi önəm veririk. Ötən dövrdə həmin təşkilatlarla uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. BMT-nin və onun qurumlarının aidiyyəti iş sahələri ilə bağlı Konvensiyaları üzrə öhdəliklərin icrası sahəsində də məqsədyönlü işlər aparılıb.
Nazir BMT İnkişaf Proqramı ilə görülən birgə işlərin əhəmiyyətini də diqqətə çatdırıb. Qeyd edib ki, son illərdə “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində SYSLAB Təlim Tədris Mərkəzləri vasitəsilə aparılan təlimlər 450 nəfərdən çox işsiz və işaxtaran şəxsin öz potensial iş qabiliyyətlərini işəgötürənlərə təqdim etmək bacarıqlarına yiyələnməsində mühüm rol oynayıb. Onlardan artıq 80 faizdən çoxu müxtəlif dövlət və özəl təşkilatlarda münasib iş yeri ilə təmin ediliblər. S.Müslümov: “Ümumilikdə, biz qarşıdakı dövrdə məşğulluq sistemində qabaqcıl dünya təcrübəsindən irəli gələn innovativ metodların tətbiqi üçün belə layihələri davam etdirmək niyyətindəyik”.
Qeyd olunan sahələrdə görülən birgə işlərdə rezident əlaqələndiricisi kimi A.Brukun fəaliyyətini yüksək dəyərləndirən S.Müslümov ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
A.Bruk ölkəmizdə fəaliyyəti dövründə respublikamızda bütün sahələrdə, o cümlədən əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahat tədbirlərini maraqla izlədiyini və həmişə bu işlərdə öz dəstəyini vermək üçün səylər göstərdiyini vurğulayıb. O, gələcəkdə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin aidiyyəti qurumları arasında əməkdaşlığın yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib.
Görüşdə əməkdaşlıq müstəvisində görülən işlərə və onların nəticələrinə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

