“Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah” mövzusunda “dəyirmi masa” keçirilib
24.12.2015 [09:37]
Dekabrın 23-də Səbail rayon İcra Hakimiyyətində “Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı ilə birgə təşkil etdiyi tədbirdə rayon rəhbərliyi ilə yanaşı, dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, elm, mədəniyyət, din xadimləri, gənclər, veteranlar, YAP Səbail rayon təşkilatının təmsilçiləri iştirak ediblər.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tədbirdə çıxış edərək deyib ki, bu gün Heydər Əliyev və Azərbaycan sözləri hər bir azərbaycanlı üçün müəyyən mənada eyni məna daşıyan sözlərdir. Birmənalı şəkildə demək olar ki, Heydər Əliyev olmasaydı müasir müstəqil Azərbaycan dövləti də olmazdı. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli il olub. Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, Heydər Əliyevdir. Azərbaycan tarixində çoxlu sayda görkəmli dövlət xadimləri və şəxsiyyətlər var. Lakin yalnız Heydər Əliyevin adı Azərbaycan xalqının Ümummilli lideri kimi tarixə həkk olub. Ulu öndərin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müasir müstəqil dövlətimizin yaradılması və inkişaf etdirilməsi olub.
Qeyd edilib ki, Ümummilli liderin ölməz ideyalarını, Onun siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirir. Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasət hazırkı çox mürəkkəb dövrdə yeganə və alternativsiz siyasət olduğu üçün Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir.
“Dəyirmi masa”da YAP Səbail rayon təşkilatının sədri, deputat Şəmsəddin Hacıyev, “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Müdafiə Nazirliyinin idarə rəisinin müavini, polkovnik Abdulla Qurbani, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əvəz Bayramov və başqaları Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə, Onun ölkəmizin müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi, inkişafı istiqamətində gördüyü işlərə, Ümummilli liderin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasətin uğurlarına, perspektivlərinə həsr olunan məruzələrlə çıxış ediblər.
Sonda “dəyirmi masa” iştirakçıları adından bəyanat qəbul olunub, çıxışların bir daha işlənərək kitab şəklində hazırlanması qərara alınıb.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

