Azərbaycan paytaxtı 2016-cı ili möhtəşəm atəşfəşanlıqla qarşılayıb
06.01.2016 [09:38]
2015-ci il sona çatdı. Yola saldığımız il tarixdə ölkəmizin dinamik inkişafı ili kimi qalacaq. Azərbaycan yola saldığımız ildə də beynəlxalq mövqelərini möhkəmləndirib, iqtisadi artım tempinə görə lider mövqeyini qoruyub saxlayıb. “Kənd təsərrüfatı” ili olan 2015-ci ildə aqrar sektorda təxminən 7 faiz artım qeydə alınıb.
Azərbaycanın iqtisadi sahədə apardığı siyasət mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerdədir. Bu, böyük və tarixi nailiyyətdir.
2015-ci ildə Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin ordumuzun güclənməsi istiqamətində də ciddi işlər görülüb.
Ötən ildə Azərbaycan bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Azərbaycanın tarixdə ilk dəfə olaraq birinci Avropa Oyunlarına, eləcə də III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, III Qlobal Bakı Forumuna və digər mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi, həmçinin ölkədə şəffaf, demokratik parlament seçkilərinin keçirilməsi, əsas səhmdarı və investoru Azərbaycan olan Trans-Anadolu qaz boru kəməri - TANAP layihəsinin təməlinin qoyulması yola saldığımız ildə tariximizə yazılmış ən yaddaqalan hadisələrdəndir.
Avropa Oyunlarında Azərbaycan idmançıları parlaq qələbələrə imza atdılar. Onlar 56 medal qazanaraq komanda hesabında ikinci yeri tutdular. Bu il isə Bakı 2016-cı ildə keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına, Dünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Yeni ildə paytaxtımızda daha bir mötəbər tədbir - BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tarixə uğurlu il kimi yazılan 2015-ci il möhtəşəm atəşfəşanlıqla yola salınıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.
Bulvar ərazisində müxtəlif yerlərdə hündür şam ağaclarının bayramsayağı bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verib.
Bu möhtəşəm gözəlliyi seyr etmək üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları əsasını Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraq və heyranlıqla seyr ediblər.
Köhnə ili xoş ovqatla yola salan xalqımız Yeni ilə yeni arzular, ümidlər və qələbələr sorağı ilə qədəm qoyub.
Qədəmlərin uğurlu olsun, 2016-cı il.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

