Göyçayda süni qiymət artımının qarşısının alınması sahibkarlarla müzakirə olunub
15.01.2016 [09:31]
Yanvarın 14-də Göyçay rayon İcra Hakimiyyətində manatın devalvasiyasından sonra istehlak bazarında bəzi iş adamları tərəfindən süni qiymət artımının yaradılması ilə bağlı müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə rayonda fəaliyyət göstərən sahibkarlar, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev son günlər işbazların istehlak bazarında qiymətləri süni şəkildə qaldırmaları ilə bağlı yaranmış vəziyyətdən danışarkən bildirib ki, ötən mövsümdə rayonda 13 min 756 hektar sahədən 36 min 408 ton taxıl, 4678 hektar meyvə bağından 75 min 513 ton meyvə, 155 hektar sahədən 1807 ton kartof, 1158 hektar sahədən 19 min 842 ton tərəvəz, 70 hektar sahədən 1136 ton bostan məhsulları tədarük olunub. Taxılın bol olmasına baxmayaraq, Göyçayın istehlak bazarında unun, eləcə də yerli istehsal olan meyvə-tərəvəz məhsullarının, yumurta və quş ətinin alıcılara yüksək qiymətə təklif edilməsi anlaşılmazdır.
Yaranan şəraitdən sui-istifadə etməyə çalışan işbazların fəaliyyətinin kəskin tənqid edildiyi müşavirədə Prezident İlham Əliyevin belə hallara qarşı qətiyyətli mövqeyi diqqətə çatdırılıb, qiymətlərdə süni şişirtmələrə yol verənlərin sərt cəzalandırılacağı qeyd olunub. Bildirilib ki, yerli məhsulların qiymətində artım halları yalnız bu vəziyyətdən istifadə edərək əlavə gəlir qazanmaq istəyən möhtəkirlərin fəaliyyətinin nəticəsidir. Xüsusilə kənd təsərrüfatı məhsullarının qiymətlərini artırmaq cəhdləri də müşahidə olunur. Bu isə yolverilməz haldır. Kənd təsərrüfatı məhsullarının böyük əksəriyyəti yerli istehsaldır. Onların qiymətində artım yalnız sui-istifadə hallarının nəticəsidir.
Müşavirədə dünya iqtisadiyyatında yaşanan böhranın, neftin qiymətinin sürətlə aşağı düşməsinin Azərbaycandan da təsirsiz ötüşmədiyi vurğulanıb, manatın devalvasiyası şəraitində istehlak bazarında bəzi iş adamlarının süni qiymət artımı yaratması və mövcud vəziyyət geniş təhlil olunub, vəzifələr müəyyənləşdirilib, aidiyyəti qurumlara tapşırıqlar verilib. Sahibkarlar çıxış edərək, yaranmış vəziyyətdən sui-istifadə edən işbazların fəaliyyətinin yolverilməz olduğunu bildiriblər.
Hüquq mühafizə orqanlarının rəhbərləri süni qiymət artımına yol verməklə, istehlakçıları aldadanların qanunla məsuliyyət daşıdıqlarını bildirib, sualları cavablandırıblar.
Müşavirədə rayon icra hakimiyyəti tərəfindən istehlakçıların hüquqlarının qorunması üzrə komissiya yaradıldığı qeyd olunub. Komissiya üzvlərinə rayonda istehlak bazarına mütəmadi olaraq nəzarət etmək, hər bir şikayəti operativ araşdıraraq konkret tədbirlər görmək tapşırılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

