Süni qiymət artımına qarşı mübarizə nəticə verir: bazarlarda qiymətlər sabitləşir
15.01.2016 [09:34]
Müvafiq cəza tədbirləri ilə yanaşı, institusional işlər də süni qiymət artımı və inhisarçılığa qarşı mübarizənin səmərəli olmasını şərtləndirir
Azərbaycanda həyata keçirilən davamlı islahatlar müəyyən olunmuş hədəflərə çatmaq üçün strateji zəmin formalaşdırır. Təsadüfi deyil ki, məhz ardıcıl sosial-iqtisadi islahatlar sayəsində ölkəmizdə ayrı-ayrı sahələrin inkişafına nail olunub və bu, beynəlxalq miqyasda da müsbət qiymətləndirilir. Amma bütün bunlara rəğmən, müəyyən siyasi səbəblərdən dünya iqtisadiyyatında baş verən geriləmələr, o cümlədən qlobal maliyyə bazarında cərəyan edən neqativ tendensiyalar bir sıra ölkələr kimi Azərbaycana da təsir edib. Xüsusilə də, ötən ilin sonunda neftin qiymətinin ucuzlaşmasının davam etməsi Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçidlə nəticələndi və bu, milli valyutamız olan manatın dollar və avroya nisbətdə ucuzlaşmasına gətirib çıxardı. Təbii ki, manatın dollara qarşı ucuzlaşmasından sonra idxal olunan məhsullar üzrə qiymət artımı gözlənilən idi, amma bahalaşma ölkədə istehsal olunan mallara da sirayət etdi. Daha dəqiq desək, bəzi işbazlar devalvasiyadan sonra xüsusilə də istehlak məhsulları üzərində süni qiymət artımına yol verməklə ajiotaj yaratmağa çalışdılar. Amma dövlət tərəfindən süni qiymət artımının qarşısının alınması üçün müvafiq tədbirlər görüldü, eləcə də inhisarçılıq və bu kimi digər hallara qarşı mübarizə daha da gücləndirildi.
Hazırda istehlak mallarının qiymətlərinin süni şəkildə qaldırılması cəhdlərinə qarşı sistemli mübarizə aparılır, müvafiq tədbirlər görülür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bu məsələyə toxunaraq qeyd etmişdi ki, istehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır: “Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. Əlbəttə ki, biz ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıyıq. Hələ ki, özümüzü tam 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir”.
Qeyd edək ki, müvafiq cəza tədbirləri ilə yanaşı, institusional işlər də süni qiymət artımı və inhisarçılığa qarşı mübarizənin səmərəli olmasını şərtləndirir. Xəbər verildiyi kimi, manatın kursunda baş vermiş dəyişiklikdən sonra süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı hazırlanır. Süni qiymət artımı və mal qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.
Artıq süni qiymət artımına qarşı mübarizə nəticə verir: bazarlarda qiymətlər sabitləşir. Paralel olaraq gömrük, vergi sistemində maksimum şəffaflığın təmin olunması, inhisarçılığın aradan qaldırılması istiqamətində ardıcıl addımların atılması diqqət mərkəzindədir. Bir sözlə, dövlət tərəfindən müvafiq tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcəkdir”.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

