Tariximizi unutmayaq
31.03.2016 [11:22]
UBM Group 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı kampaniya keçirir
Hər ilin bəzi təqvim günləri xalqımız üçün qara hərflərlə yazılan tarixi faciələrlə xatırlanır. Belə tarixlərdən biri də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.
1918-ci il martın 31-dən başlayaraq aprelin 2-dək erməni daşnak və bolşevik dəstələri tərəfindən minlərlə azərbaycanlı qətlə yetirilib, çoxlu sayda yaşayış binaları, məscidlər yandırılıb, əhalinin əmlakı qarət edilib.
Həmin il martın 30-dan 31-nə keçən gecə ermənilərin törətdiyi soyqırımı nəticəsində təkcə Bakıda 11 minə yaxın dinc sakin, o cümlədən qadın, uşaq və yaşlı insanlar vəhşicəsinə öldürülüb. Martın 31-də Şamaxı qəzasında erməni daşnakları ümumilikdə 16 mindən çox, Qubanın kəndlərində isə 2 mindən artıq günahsız azərbaycanlını qətlə yetiriblər. Onlar Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Muğanda və Dağlıq Qarabağda yüzlərlə kəndi yandırıblar.
Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, bütün dünyada bununla bağlı müxtəlif tədbirlər, konfranslar, anma mərasimləri keçirilir.
Korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçirən UBM Group 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı həqiqətləri geniş coğrafiyada yaymağı qarşısına məqsəd qoyub. Bunun üçün şirkət tərəfindən Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrində “Armenian Terror” adlı səhifə yaradılıb, fəal təbliğat kampaniyasına start verilib.
Şirkət tərəfindən xüsusi olaraq hazırlanmış posterlər, rəsm əsərləri və videokadrlar həmin səhifədə yerləşdirilir. Bütün dünyanı əhatə etmək məqsədilə bu təbliğat materialları Azərbaycan dili ilə yanaşı, ingilis, rus, alman və fransız dillərində də hazırlanıb.
Xatırladaq ki, UBM Group bu ilin əvvəlindən 20 Yanvar hadisələri ilə bağlı və “Xocalıya ədalət” kampaniyası çərçivəsində bütün sosial şəbəkələr və digər resurslar vasitəsilə geniş təbliğat işləri aparıb.
Biz dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizi bu işdə fəal iştiraka dəvət edirik. Gəlin, tariximizi unutmayaq, unudulmasına da imkan verməyək. Sizi bizim paylaşdığımız təbliğat materiallarından istifadə etməklə sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə çağırırıq.
Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün aşağıda qeyd olunmuş linklər və #armenianterror #31marchgenocide həştəqlərindən istifadə etməyinizi xahiş edirik:
https://www.facebook.com/armenianterror/
https://twitter.com/armenianterror_/
https://www.instagram.com/armenian_terror/
https://www.youtube.com/channel/UCPw6RiumvfoSK7bNGDwB3Ew/videos
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

