Vladimir Kaliniçenko: Sumqayıt hadisələrinə ayıq başla və obyektiv qiymət verilməlidir
02.04.2016 [11:30]
Sumqayıt hadisələri haqqında AZƏRTAC tərəfindən nəşr edilmiş kitabın Moskvada təqdimat mərasimi keçirilib
Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında jurnalist Səadət Qədirovanın Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tərəfindən nəşr edilmiş “Sumqayıt hadisələri haqqında ilk mənbədən” adlı kitabının təqdimatı keçirilib. Tədbir “Ümumrusiya Azərbaycanlılar Konqresi” Ümumrusiya İctimai Təşkilatı tərəfindən təşkil olunub.
Kitab 1980-1992-ci illərdə SSRİ Baş Prokurorluğu yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiq, 1988-ci ildə Sumqayıtda baş vermiş hadisələrlə əlaqədar işin təhqiqatı ilə məşğul olmuş Vladimir Kaliniçenko ilə müsahibə formatında nəşr edilib.
Tədbirə toplaşanlar əvvəlcə azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Kitabın müəllifi - Beynəlxalq Jurnalistlər İttifaqının və Rusiya Jurnalistlər İttifaqının üzvü, Rusiyanın TASS agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəri, xarici siyasət sahəsində ekspert, politoloq, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Denverdəki Amerika Universitetinin məzunu Səadət Qədirova təqdimat mərasimində çıxış edərək, kitabın nəşrinə görə AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun şəxsində agentliyə təşəkkürünü bildirib. O deyib: “Bugünkü tədbiri kitab təqdimatı deyil, səmimiyyət və həqiqət günü adlandırardım. Mən həqiqəti maksimum dərəcədə işıqlandırmağa çalışmışam, faktların təhrif olunmaması üçün nə mümkündürsə etmişəm. Məqsədim bu olub ki, oxucular, o cümlədən erməni tərəfi, ən azı erməni cəmiyyətinin həqiqəti eşitmək istəyən hissəsi bu kitabı oxuyandan sonra həmin həqiqəti özləri üçün kəşf edə bilsinlər”.
S.Qədirova vurğulayıb ki, kitabda konkret faktlar dəqiq və yığcam şəkildə əksini tapıb. “Bir məqam çox vacibdir ki, bütün bu faktlar təhqiqatda bilavasitə iştirak etmiş insan tərəfindən söylənib”, - deyən müəllifin fikrincə, kitab həmin mürəkkəb illərin hadisələri barədə həqiqətin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayacaq.
Kitabın qəhrəmanı, 1980-1992-ci illərdə SSRİ Baş Prokurorluğu yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiq olmuş Vladimir Kaliniçenko Bakıya ilk səfəri barədə danışaraq deyib: “Mən Bakını mütləq mənada beynəlmiləlçi şəhər kimi qəbul etdim. Orada müxtəlif millətlərdən olan insanlar - azərbaycanlılar, ləzgilər, tatarlar, ruslar, ukraynalılar, yəhudilər, ermənilər və başqaları yaşayırdı. Mən ikinci bu cür beynəlmiləl şəhər görməmişdim”.
V.Kaliniçenko Sumqayıt hadisələrinin təhqiqatı prosesindən söz açaraq xüsusi qeyd edib ki, bu hadisələrin kökləri 1980-ci illərə gedib çıxır. O, Zori Balayanın, Silva Kaputikyanın və millətçi əhval-ruhiyyəli digər ermənilərin rəhbərliyi ilə “Qarabağ” komitəsinin yaradılmasını, ölkə rəhbərliyində separatçı meyillərin dəstəklənməsini xatırladıb. V.Kaliniçenko yüzlərlə azərbaycanlının Ermənistandan qovulmasını vurğulayaraq deyib: “Onlar Azərbaycana qışın şaxtalı havasında piyada gediblər. Bu adamlardan neçəsinin həlak olması sualına cavab ala bilmədim. Erməni tərəfi öz əməllərinin nəyə gətirib çıxaracağını qabaqcadan görməli idi”.
Millətlərarası münaqişələrin, o cümlədən ermənilərlə azərbaycanlılar arasında münaqişələrin qızışdırılmasında Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin oynadığı neqativ rolu diqqətə çatdıran Vladimir Kaliniçenko sonda deyib: “Sumqayıt hadisələrinə ayıq başla və obyektiv şəkildə, lazımsız emosiyaları həddən artıq gərginləşdirmədən qiymət verilməlidir. Bu da təəccüblüdür ki, öz gözünlə gördüyün və hiss etdiyin məsələlər barədə yazanda və danışanda bunun cavabında iradlar eşidirsən - guya azərbaycanlı dostlarım məni pul gücünə ələ alıblar. Lakin iş elə gətirdi ki, düz bir ildən sonra mən Bakıda bir iş üzrə və Spitak zəlzələsinin nəticələri barədə təhqiqat apardım. O vaxt daim Yerevandan Bakıya və əks istiqamətdə gedib-gəlməli olurdum. Onda eyni qayda ilə Azərbaycan tərəfi mənə irad tuta bilərdi ki, ermənilər məni pul gücünə ələ alıblar”.
Rusiya Elmlər Akademiyasının akademiki Yuri Pompeyev, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev, ÜAK-ın müşaviri Nəsib Nəbioğlu da öz çıxışlarında faktlara əsaslanan bu nəşrin dəyərli olduğunu vurğulayıblar.
Təqdimat başa çatandan sonra Vladimir Kaliniçenko tədbir iştirakçılarının suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57

