“Yaşıl paket” tədris vəsaiti növbəti dərs ilindən müəllim və şagirdlərin istifadəsinə veriləcək
19.05.2016 [10:01]
Heydər Əliyev Mərkəzində “Yaşıl paket” multimedia dərsliyinin ikinci nəşrinin təqdimatı keçirilib. Tədbirdə dövlət qurumlarının, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri, bölgələrdən olan müəllim və mütəxəssislər iştirak ediblər.
Bu barədə AZƏRTAC-a IDEA İctimai Birliyindən məlumat verilib. Dərs vəsaiti ətraf mühit və davamlı inkişaf barədə məktəblilərdə erkən yaşlardan təsəvvür yaratmaq və gəncləri təbiətə qarşı məsuliyyətli ruhda tərbiyə etmək məqsədilə hazırlanıb. Vəsaitdə insan-təbiət münasibətlərinin müxtəlif aspektləri, həmçinin iqtisadi inkişaf və artımın ətraf mühitə zərər vermədən mümkünlüyünün sirləri əksini tapıb. Dərsliyin interaktiv oyunlar və videoçarxlarla zəngin olması onun mənimsənilməsini əyləncəli və asan edir.
“Yaşıl paket” Azərbaycanda ilk dəfə 2006-cı ildə nəşr olunub və ötən on il ərzində informasiya texnologiyalarının inkişafı onun yenilənməsini şərtləndirib. “Yaşıl paket”in yeni nəşri IDEA İctimai Birliyi, Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzi (REC) və “Davamlı inkişaf uğrunda” İctimai Birliyinin iki il davam edən birgə səyi nəticəsində hazırlanıb.
Tədbirdə “Yaşıl paket” vəsaitinin müəllifləri ilə yanaşı, IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin nümayəndələri layihə barədə iştirakçılara geniş məlumat veriblər. Qeyd olunub ki, davamlı inkişaf və ətraf mühit haqqında interaktiv tədris vəsaiti hesab edilən “Yaşıl paket” orta məktəb müəllimləri və şagirdləri, eləcə də əlavə təhsil sistemi üçün nəzərdə tutulur, vəsait modul struktura malikdir. “Yaşıl paket” tədris vəsaitinin növbəti dərs ilindən etibarən müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Bu dərsliyin ölkədə tətbiqi tədris sahəsində yenilik olmaqla yanaşı, məktəblilərin ətraf mühiti innovativ üsullarla dərk etməsinə yol açacaq.
Gənclərin ekoloji təhsili IDEA İctimai Birliyinin prioritet fəaliyyət sahələrindəndir. IDEA-nın Bakı və Gəncə şəhərlərində yerləşən resurs mərkəzlərində müntəzəm şəkildə həyata keçirilən ekoloji tədris proqramı 5 yaşdan başlayaraq müxtəlif yaş qruplarında olan uşaqları, o cümlədən gəncləri əhatə edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12

