Masallı kəndlərinin içməli su problemi həll olunur
21.06.2016 [10:07]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində iri şəhər və rayon mərkəzləri ilə yanaşı, içməli su çatışmazlığı müşahidə edilən kəndlərdə də layihələr həyata keçirir. Belə layihələrdən biri Masallı rayonunun içməli su mənbələri məhdud olan Muğanlı zonasında icra edilir.
Masallı rayonunun Muğanlı zonasında yerləşən yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi 24 kəndi əhatə edir. Layihə çərçivəsində Şərəfə, Həsənli, Hacıtəpə, Sığıncaq, Ərəb, Xırmandalı, Məmmədxanlı, Təkdam, Köçəkli Kürdəbazlı, Eminli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Xallıcalı, Ağakişibəyli, Bala Təklə, Alışanlı, Ətçələr, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Xoşçobanlı, Mollahəsənli və Qədirli kəndlərində yaşayan 30 mindən çox sakini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək nəzərdə tutulub. Həmin kəndləri içməli su ilə təmin etmək üçün daha məhsuldar və etibarlı mənbədən istifadə olunması qərara alınıb və su mənbəyi Viləşçay hövzəsində inşa edilən sutəmizləyici qurğu seçilib. Qeyd edək ki, “Masallı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” çərçivəsində inşa edilən qurğunun tikintisi yekunlaşmaq üzrədir.
Kəndləri içməli su ilə təmin etmək üçün su mənbəyindən müxtəlif diametrli borularla 20 km-ə yaxın magistral xətt inşa edilib. Eyni zamanda, 5 kəndi - Şərəfə, Sığıncaq, Məmmədxanlı, Kürdəbazlı və Bala Təklə kəndlərini içməli su ilə təmin etmək məqsədilə həmin kəndlərdə ümumi uzunluğu 4,5 km olan su xətləri çəkilib. Hazırda bu sahədə işlər yekunlaşmaq ərəfəsindədir və yaxın vaxtlarda həmin kəndlərə içməli suyun verilməsi təmin olunacaq. Növbəti mərhələdə isə Muğanlı zonasının digər kəndlərində də işlərə başlanılacaq. Qeyd edək ki, Muğanlı zonasında yerləşən yaşayış məntəqələrində içməli su təchizatı sistemləri mövcud deyil və sakinlər tələbatını fərdi qaydada ödəyirlər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

