“ADA” Universiteti və “Təmiz Şəhər” ASC yay düşərgəsi təşkil edib
21.06.2016 [10:10]
Dünən “ADA” Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi yay düşərgəsi öz işinə başlayıb.
Bu barədə AZƏRTAC-a “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Açılış mərasimində çıxış edən “ADA” Universitetinin rektoru Hafiz Paşayev yeniyetmələrin düşərgədə faydalı biliklər əldə edəcəyini bildirib. Rektor yay məktəbinin “ADA” Universitetinin təhsil standartlarına cavab verəcəyinə diqqət çəkərək düşərgə iştirakçılarının əldə etdikləri biliklərin onların gələcək inkişafında xüsusi əhəmiyyət daşıyacağını söyləyib.
“Təmiz Şəhər” ASC-nin rəhbəri Etibar Abbasov da yay düşərgəsinin yeniyetmə və gənclər üçün əhəmiyyətindən danışıb. O, gənclərin öz gələcək karyeralarını çox vaxt bu cür məktəblərdə qurduqlarını, “Təmiz Şəhər”in təşkil etdiyi əvvəlki yay məktəblərinin iştirakçılarından bir neçəsinin sonradan səhmdar cəmiyyətdə işlə təmin olunduğunu deyib. E.Abbasov budəfəki yay düşərgəsi iştirakçıları arasında da gələcək “ADA” Universiteti tələbələrinin və “Təmiz Şəhər” ASC əməkdaşlarının yetişəcəyinə əmin olduğunu bildirib.
Məktəblilərin (13-17 yaşlı) birinci qrupu iyunun 20-dən iyulun 1-dək, ikinci 40 nəfərlik qrup isə iyulun 4-dən 15-nə kimi düşərgədə olacaq.
Düşərgə proqramı akademik və yaradıcı hissədən ibarət olacaq. İştirakçıların ümumi dünyagörüşü, məntiqi və tənqidi təfəkkürü inkişaf etdiriləcək, onlar yeni dostlar qazanacaqlar. Yeniyetmələr üçün kommunikasiya, media, fotoqrafiya, kompyuter proqramı təminatı kimi sahələr üzrə də dərslər keçiriləcək. Bununla yanaşı, məktəblilər tullantılarla rəftar, ətraf mühitin qorunması, Bakıda tullantıların idarə olunması ilə bağlı təlimlərdə iştirak edəcək, “Təmiz Şəhər”in Balaxanı qəsəbəsindəki tullantıların çeşidlənməsi və yandırılması zavodlarının iş prosesi ilə yerində tanış olacaqlar. Həmçinin Qala qəsəbəsində yerləşən “Tullantıdan Sənətə” muzeyinə tur təşkil olunacaq. Burada iştirakçılara tullantı materiallardan istifadə edərək müxtəlif əşyaların hazırlanması öyrədiləcək.
Xəbər lenti
Hamısına baxHadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17

