Bilik Fondunun nümayəndələri cəbhə bölgəsində əsgərlərlə görüşüblər
15.07.2016 [09:56]
Prezident İlham Əliyevin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 2016-cı il 11 mart tarixli Sərəncamına əsasən, yerlərdə müxtəlif tədbirlər keçirilir, dövlət rəsmiləri bölgələrə səfər edirlər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayevin yaxın günlərdə Qarabağ və Gəncəbasar bölgələrinə etdiyi səfər zamanı yerli ziyalılar, din xadimləri və əsgərlərlə keçirdiyi görüşlərdə səslənmiş təkliflər və ideyalar Fondun İdarə heyətində müzakirə olunub və artıq həyata keçirilməyə başlanılıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və qurumun nümayəndələri Tərtər rayonuna səfər çərçivəsində burada aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Fondun nümayəndələri küçələrin abadlaşdırıldığının, milli qəhrəmanlarımıza barelyeflər qoyulduğunun, yeni kommunal xətlərin çəkildiyinin, aprel hadisələri zamanı işğalçı Ermənistan ordusunun dağıtdığı evlərin ölkə başçısının göstərişi ilə yenidən tikildiyinin, müasir standartlara cavab verən orijinal üslublu şahmat məktəbi binasının inşasında yekun işlərin aparıldığının, Tarix-Diyarşünaslıq Muzeyinin təməlqoyma prosesinin şahidi olublar. Vurğulanıb ki, Qarabağ bölgəsi üzrə Bilik Evinin açılması ilə bağlı yerli sakinlərin Fondun Tərtər rayonu üzrə nümayəndəsi Gülarə Əkbərovaya ünvanladıqları çoxlu sayda müraciətlər müsbət dəyərləndirilib, maarifləndirmə tədbirlərinin səmərəliliyinin artırılması üçün Tərtər Regional Bilik Evinə məkan ayrılıb.
O.Səmədov XIX əsrdə inşa olunan Cümə məscidinin axundu Sadiq Cəfərovla keçirdiyi görüşdə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin ərazisində yaşayan bütün xalqların dini dəyərlərinə yüksək qiymət verilir, dindarlara böyük qayğı göstərilir, dini ocaqların fəaliyyətinə geniş imkanlar yaradılır. Diqqətə çatdırılıb ki, məscid kitabxanalarını elmi, bədii, dini ədəbiyyatla zənginləşdirməklə yanaşı, müxtəlif bölgələrdən olan din xadimlərinin bir-biri ilə ünsiyyət qurmaları ideyasını reallaşdırmaq üçün sosial, mənəvi mövzularda “dəyirmi masa”ların təşkili nəzərdə tutulur.
Bilik Fondunun nümayəndələri, həmçinin Tərtərdə düşmənlə təmas xəttində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərin qonağı olublar.
Əsgərlərə Ulu öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə həsr olunan kitablar, azərbaycanlı və xarici yazıçıların əsərləri hədiyyə edilib. O.Səmədov əsgərlərin hansı mövzuda, kimlərlə görüşmək istəklərini öyrəndikdən sonra yaxın günlərdə “İlboyu bilik” proqramı əsasında onların arzularının reallaşacağını deyib.
Hərbi hissəyə hədiyyə olunan kitablara görə minnətdarlığını bildirən əsgərlər mütaliənin onlara mənəvi güc verdiyini, xüsusilə qəhrəmanlıq dastanlarımızdan nümunə götürdüklərini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

