Bacarıqlı təşkilatçı, qayğıkeş insan...
16.07.2016 [09:32]
Bizim hər birimiz açılan sabahların bizə hansı müjdələr gətirəcəyindən xəbərsiz, arzu və xəyallarımızın qanadlarında göyün ənginliklərində pərvazlanırıq. Bu xəyallar bizi heç bir sərhəd tanımadan dünyanın bu başından o biri başına aparır. Ömrümüzün zirvəsindən geriyə baxanda isə yaşadıqlarımız, etdiklərimiz bütün gerçəklikləri ilə daha aydın görünür. Bu yazımızda Elman Əliverdiyev ömrünün yaddaqalan məqamlarını, 73 illik əsl zəhmətkeş, ziyalı ömrünün xatirələrə həkk olmuş unudulmaz anlarını yenidən xatırlayacağıq.
Elman İbniyəmin oğlu Əliverdiyev 1943-cü il mayın 16-da qədim Naxçıvanın Ordubad şəhərində anadan olub. Atası İbniyəmin kişi Ordubad şəhərindəki sosial təminat idarəsinin baş mühasibi vəzifəsində çalışmaqla yanaşı, Ordubadda nəşr olunan “Şərq qapısı” qəzetində müxbir kimi də fəaliyyət göstərib. Anası Fatma xanım isə uşaq bağçasının müdiri vəzifəsində çalışıb.
Elman Əliverdiyev 1965-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Neft-mexanika” fakültəsini bitirib.
Ali məktəbi bitirdikdən sonra Bakı “Elektroştamp” zavodunda mühəndis kimi işə başlayıb. Daha sonra o, “Bakelektroştamp” zavodunda baş mühəndisin müavini (1976-1982) vəzifəsində çalışıb.
1981-ci il elektrik maşınqayıranları üçün “Azərelektromaş” İstehsalat Birliyinin yaranması ilə əlamətdar oldu. Bu birlikdə BEMZ baş müəssisə rolunu oynadı. Zavodun məhsullarına böyük tələbat var idi və onlar ovaxtkı İttifaqın bütün iqtisadi rayonlarına, eləcə də dünyanın 40-dan çox ölkəsinə göndərilirdi. Elə bu dövrdən - 1982-ci ildən zavodun taleyi o vaxtlar müəssisənin baş mühəndisi işləyən və sonradan baş direktor olan Elman Əliverdiyevin taleyinə çevrildi. Respublika sənayesinə rəhbərlik edənlərin bu seçimi təsadüfi deyildi. O vaxtlar İttifaqda məşhur olan Azərbaycan Neft və Kimya İnstitutunun müdavimi “Bakelektroştamp” zavodunda işləyəndə hörmət qazana bilmişdi.
AİR132, AİR200, 4AM280, 4AM355 seriyalı asinxron elektrik mühərriklərinin istehsalını konveyer üsuluna keçirməklə o, “Bakelektroştamp”da olduğu kimi, istehsalın ən “zəif” yerlərini tədqiq etməyə başlayır: metalın biçilməsinin mövcud texnologiyasını öyrənib belə qənaətə gəlir ki, qiymətli elektrotexniki poladın təxminən yarıya qədəri yenidən əridilməyə göndərilir. İttifaqda ilk dəfə BEMZ metalın biçilməsində öz şəxsi fiqurlu biçim sxemini tətbiq edir. Bu yenilik zavoda ayda 243 ton metala qənaət etməyə, tullantıları səkkiz faiz azaltmağa imkan verir. E.Əliverdiyev bu yeniliyə görə Azərbaycan Dövlət mükafatına layiq görülür. Elman müəllim beş ixtiranın, o cümlədən üç mühüm ixtiranın müəllifi olmuşdur.
İttifaqın dağılması nəticəsində əlaqədar sahələrlə təsərrüfat əlaqələri qırıldıqdan sonra zavod bir müddət elektrik mühərriklərinin istehsalı üçün əsas materiallardan biri olan emallı mis sarğı naqillərini ala bilmədi. İstehsalat dayanmaq təhlükəsi qarşısında qaldı. Onda baş direktor həmin naqillərin burada - Bakıda hazırlanmasını təklif etdi. İdeya həyata keçirilməz görünürdü. Mütəxəssislər Moskvada “Moskabel” zavodunda olandan sonra o, daha əlçatmaz görünürdü. Bakı zavodunda emallı mis sarğı naqillərinin hazırlanmasının nəfis texnologiyasının mənimsəniləcəyini təsəvvür etmək belə mümkün deyildi. Birliyin mütəxəssisləri danışırlar ki, keyfiyyətin yoxlanması 20-yə yaxın parametr üzrə aparılırdı. Ancaq bu çətinliklər E. Əliverdiyevi öz fikrindən döndərmədi. 1991-ci ildə Türkiyənin “Əli Yücel” firması ilə müştərək “Azərsənaye və ticarət” ticarət-sənaye müəssisəsi yaradıldı. Almaniyadan müasir avadanlıq alınıb quraşdırıldı və yüksəkkeyfiyyətli emallı mis sarğı naqillərinin istehsalına başlandı. Bununla da təkcə elektrik maşınqayıranları deyil, Sumqayıt kompressorlar zavodu, Bakı soyuducular zavodu, Bakı məişət kondisionerləri zavodu və respublikanın digər müəssisələri də həmin məhsulla təmin olunmağa başladı.
1997-ci ilin fevralında zavod konstruktorları E.Əliverdiyevin rəhbərliyi ilə yeni 5A80 markalı elektrik mühərriklərinin layihə işlərini tamamlayıb onların ilk nümunələrini uğurla sınaqdan keçirdilər. Analoqlarla müqayisədə yeni mühərrikin faydalı iş əmsalını (FİƏ) 0,7-0,8 faiz yüksəltmək mümkün oldu. 5A80 elektrik mühərrikləri baş zavodda mənimsənilir və kütləvi istehsalı Qubadakı “Mini motor” zavodunda həyata keçirilməyə başlayır.
Daha sonra E.Əliverdiyev qarşıya “hündürlüyü” 71, 80, 90, 100 mm olan elektrik mühərriklərinin istehsalını mənimsəmək vəzifəsini qoyur. 5A80 mühərrikləri mənimsəniləndən sonra yeni elektrik mühərriki - 5A71 meydana çıxdı.
Beləliklə, E.Əliverdiyevin rəhbərliyi ilə BEMZ-çilər daim gələcək üçün çalışıblar: dünya standartlarına cavab verən məhsulun yeni növlərini mənimsəyir, xarici firma və şirkətlərlə beynəlxalq münasibətlər yaradır, Neft Konsorsiumunun (ABƏŞ) işinə qoşulurlar.
Bu illər ərzində zavodun tarixində bir çox unudulmaz anlar yaşanıb. 1987-ci ilin 16 may tarixi də bu günlərdən biri kimi, kollektivin şərəf tarixində öz yerini alıb. Həmin gün Ümummilli lider Heydər Əliyev Bakı elektrik maşınqayırma zavodunun fəaliyyətə başlamasının 50 illiyi ilə bağlı tədbirlərdə iştirak edib, zavodun kollektivi və fəaliyyəti ilə tanış olub.
Əlbəttə, bu zavodun fəaliyyəti Ulu öndərə yaxşı tanış idi. Çünki Ümummilli lider 1972 və 1982-ci illərdə BEMZ-yə gəlmiş, Öz tövsiyə və tapşırıqlarını vermişdi. Məhz Onun qayğısı nəticəsində 70-ci illərdə zavod praktiki olaraq yenidən qurulmuş, ən yeni texnoloji avadanlıqlarla təchiz edilib müasir bir müəssisəyə çevrilmişdir. Yüksəkkeyfiyyətli məhsul istehsal edən avadanlıqların alınıb gətirilməsi, istehsalın genişləndirilməsi və daha müasir məhsul buraxılması məsələləri Ulu öndərin daim diqqət mərkəzində olmuşdur. O vaxtlar belə problemlərin həlli üçün necə böyük səylər tələb olunduğu yaxşı məlumdur. Bu işə İttifaq hökumətindən razılıq alınmalı idi. Və Ulu öndər Heydər Əliyev SSRİ Elektrotexnika Sənayesi Nazirliyi, Nazirlər Soveti qarşısında məsələ qaldıraraq müvafiq qərarlar qəbul olunmasına nail olmuşdur.
Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri həmişə zavodun kollektivi tərəfindən minnətdarlıqla xatırlanmış, Onun siyasi kursu dəstəklənmişdir.
Elman müəllim bacarıqlı rəhbər olmaqla yanaşı, xeyirxah bir insan kimi imkansız gənc ailələrin ehtiyaclarının ödənməsinə, eləcə də onların mənzillə təmin olunmasına çox böyük qayğı ilə yanaşmışdır. Ona müraciət edən heç kəsi ümidsiz, əliboş yola salmamış, xeyriyyəçiliyi özünə şərəf işi hesab etmişdir.
Elman Əliverdiyev də Tanrının ona biçdiyi ömür yolunu şərəflə yaşadı, onu tanıyanların, əhatəsində olan insanların dərin rəğbət və sevgisini qazandı. Elman Əliverdiyev ömrünün 73-cü ilində, 2016-cı il iyun ayının 2-də gözlərini bu dünyaya əbədi olaraq yumdu.
Rəşad Məhərrəmov
İqtisad Universitetinin əməkdaşı,
DİA-nın doktorantı
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

