YARAT Müasir İncəsənət Mərkəzində “Multikulturalizm ili” çərçivəsində növbəti tədbir
16.07.2016 [09:32]
İyulun 15-də YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Beynəlxalq Multikultural Şəbəkə “Multikulturalizm ili” çərçivəsində “Qərb və Şərq arasında körpü rolu oynayan Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinin qlobal perspektivləri” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, AGAT-ın sədri Nərgiz Xələf çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, tədbirin təşkil olunmasında məqsəd milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitində yaşayan Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkan kimi təbliğatına xidmət edən layihələr planına töhfə verməkdən ibarətdir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək Azərbaycanın multikultural ənənələrindən danışıb. Diqqətə çatdırılıb ki, multikulturalizm bir çox fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmasıdır. Azərbaycan bu məsələdə hər zaman nümunəvi ölkə olub. Xalqımız qədimdən bəri cəmiyyətdə harmoniyaya şərait yaradıb.
Natiq Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsini Azərbaycanda unikal multikultural mühitin mövcudluğunun sübutu kimi səciyyələndirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nariman Qasımzadə çıxışında multikulturalizmin Azərbaycan mədəniyyətinin cövhəri olduğunu, xalqımızın mədəniyyətində başqa xalqlara münasibətin anlaşıqlı və mehriban olmasının əsrlərdən gəldiyini diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov multikulturalizm ənənələrindən və ölkəmizdə hökm sürən tolerant mühitin əhəmiyyətindən söz açıb.
Bildirilib ki, ölkədə dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən tədbirlər, o cümlədən bu istiqamətdə yeniyetmə və gənclər arasında maarifləndirmə işinin yüksək səviyyədə təşkili hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur.
Daha sonra “Multikulturalizm hər yerdə: Foto və Poster müsabiqəsi-2016”nın “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və qlobal perspektivləri” mövzusunda analitik yazı müsabiqəsinin və Beynəlxalq Multikulturalizm Şəbəkəsinin rəsmi bloqunun təqdimatı olub.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

