Salyanda sosial medianın gənclərə təsirindən danışılıb
16.07.2016 [09:33]
“Aprel hadisələri zamanı çox gərgin idik. 9-cu sinifdə oxuyan oğlum hər an “Facebook”-u izləyirdi. O qədər güclü hisslər keçirirdi ki... Nəhayət, gəlib bizə elan etdi ki, artıq seçimini edib və hərbçi olacaq. Elə formada söylədi ki, onun qərarını dəyişməyəcəyini anladıq”.
Salyan rayon sakini, kitabxanaçı Səidə Quliyeva bu fikirləri Tərəfsiz (Parlament) Jurnalistlər İB-nin sosial medianın gənclərə təsiri ilə bağlı bu rayonda keçirdiyi görüşdə səsləndirib. Valideynin sözlərinə görə, artıq oğlu sənədlərini hazırlayıb və hərbi məktəbə müraciət edib. Salyan rayon İcra Hakimiyyətinin təmsilçiləri, yerli təhsil işçiləri, sosial şəbəkə istifadəçiləri, KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan toplantıda sosial mediada etik dəyərlər və dövlətçilik prinsiplərinin qorunmasına dair maraqlı diskussiya aparılıb.
Salyan rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Məhərrəm Məmmədov bölgədə çıxan qəzetlər haqqında məlumat verib. O, rayon əhalisi, xüsusilə də gənclər arasında sosial şəbəkələrin kifayət qədər populyar olduğunu bildirib. Lakin bəzi hallarda burada bəzi səhifələrin gəncləri mənfi əməllərə meyilləndirdiyini də deyib.
Tərəfsiz (Parlament) Jurnalistlər İB-nin sədri Elşad Eyvazlı sosial medianın ictimai fikrə təsiri, gənclərin bu şəbəkələrdən düzgün istifadəsinə dair məsələlərdən danışıb. Salyanda çıxan “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov isə sosial şəbəkələrin gücündən istifadə etməyin mühüm olduğunu qeyd edib.
Müzakirələrdə iştirak edən rayon sakinləri, müəllimlər gənclərin tərbiyəsində diqqət ayrılmalı məqamlardan danışıblar.
Tədbir Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə keçirilən “Sosial mediada etik və mənəvi dəyərlərin qorunması” layihəsi çərçivəsində baş tutub. Bundan əvvəl Gəncədə sosial şəbəkədə aktiv olan gənclərlə geniş müzakirə təşkil olunmuşdu. Türkiyədən gələn mütəxəssislərin iştirakı ilə keçirilən bu tədbirdə Yeni Mediaya dair beynəlxalq təşkilatın təsis olunması barədə niyyət protokolu da imzalanmışdı.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

