BANM-in rektoru Elmar Qasımov “Azərikimya” İB-də təcrübə keçən tələbələrlə görüşüb
19.07.2016 [09:56]
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov rəhbərlik etdiyi heyət ilə birgə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində istehsalat təcrübəsi keçən tələbələrin fəaliyyəti və onlar üçün təcrübədə yaradılan şəraitlə yerindəcə tanış olmaq məqsədilə “Azərikimya” İB-nin Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda olub. Elmar Qasımov “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevlə görüşüb. Sonra BANM-in rektoru “Azərikimya” İB-nin rəhbərliyi ilə birlikdə zavodun müxtəlif istehsalat sahələrini ekskursiya edərək istehsalat təcrübəsində olan tələbələrlə, onlara rəhbərlik edən və təlimat verən mütəxəssislərlə görüşüb, onlar arasında zavodda gedən iş prosesi və təcrübə haqqında fikir mübadiləsi aparılıb. Görüş zamanı E.Qasımov tələbələrin təcrübə ilə bağlı ilkin təəssüratlarını dinləyib, həmçinin öz tövsiyələrini verib, onları təcrübə müddətində məsuliyyətli olmağa və yaradılan şəraitdən səmərəli faydalanmağa çağırıb. O, tələbələrin gələcəkdə bu əzəmətli peşəni layiqincə davam etdirmələri üçün BANM və SOCAR şirkəti tərəfindən onlar üçün yaradılan imkanlardan tələbəçilik müddətində maksimum istifadə etmələrinin gələcəkdə peşəkar mühəndis olmaları üçün önəmli olduğunu vurğulayıb. Həmçinin rektor “Azərikimya” İB-nin istehsalat müəssisələrində tələbələrin təcrübə keçməsi üçün yaradılan şəraiti yüksək qiymətləndirib.
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev görüşdən məmnunluğunu bildirərək BANM-in heyəti və tələbələrinə “Azərikimya”da həyata keçirilən yenidənqurma və modernizasiya işləri, perspektiv layihələr haqqında məlumat verib. Muxtar Babayev ali məktəbin tələbələrinin xüsusi seçildiyini və çox istedadlı olduqlarını nəzərə çatdıraraq BANM-in apardığı təhsil siyasətini yüksək qiymətləndirib və ali məktəbin tələbələrinin gələcəkdə dünyanın neft-qaz, yanacaq-energetika və kimya sənayesində ən tələbatlı kadr olacaqlarına əminliyini ifadə edib. Muxtar Babayev tələbələrin Azərbaycanın ən qabaqcıl təhsil ocaqlarından biri olan BANM-in tələbəsi adını daşıdıqlarına görə çox şanslı olduqlarını bildirib və rəhbərlik tərəfindən hər bir tələbəyə ayrılan diqqəti yüksək qiymətləndirib.
Qeyd edək ki, ötən il Bakı Ali Neft Məktəbi ilə “Azərikimya” İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə “Azərikimya” İB-nin mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə və əməkdaşlarına neft-kimya texnologiyalarının inkişafı ilə bağlı məruzələrin təqdim edilməsi, neft-qaz emalı, neft-kimya və idarəetmə texnologiyalarının inkişafı məsələlərinə həsr olunmuş birgə seminar və konfransların təşkili, habelə İB-nin əməkdaşları tərəfindən mütəxəssis hazırlığı və elmi fəaliyyətlə bağlı hazırlanmış layihələrə ekspert rəylərinin verilməsi, tələbələrin kimya sənayesi və seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə təcrübi biliklərinin artırılması, nəzəri biliklərin təcrübədə daha da zənginləşdirilməsi və s. məsələlər öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

