“Bu uğur yalnız mənim deyil, həm də üzərimdə əməyi olan valideynlərim və müəllimlərimindir”
03.08.2016 [15:08]
Xəbər verildiyi kimi, iyulun 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.
Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılıb. Eləcə də imtahanda iştirak edən 28242 abituriyentdən 22 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanın idarə olunmasına 260 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 445 nəzarətçi-müəllim, o cümlədən ASAN Xidmətin 88 könüllüsü zal nəzarətçisi qismində cəlb olunub.
İmtahanda II ixtisas qrupu üzrə iki oğlan abituriyent, III ixtisas qrupu üzrə də iki oğlan abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
II ixtisas qrupu üzrə maksimum nəticə əldə edən abituriyentlərdən biri də Məmmədov Şahbaba Şahbala oğludur. Ş.Məmmədov 1998-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində dünyaya gəlib. Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyinin məzunudur. Özündən böyük və kiçik bir qardaşı var. Böyük qardaşı Məmməd Məmmədov da bir neçə il öncə yüksək balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub. Şahbabanın dediyinə görə, ona stimul verən elə qardaşı olub. Kiçik qardaşı isə hazırda məktəblidir. Təbii ki, müəllim ailəsində doğulub-böyüməsi də Şahbabanın təhsilə olan marağında xüsusi rol oynayıb. Atası Şahbala Məmmədov Sankt-Peterburq Dövlət Universitetində elmi işçi kimi çalışır: “Demək olar ki, sərasər şəkildə dərslərimlə məşğul olmuşam. Asudə vaxtlarımı belə dəyərləndirməyə çalışırdım. Zəif bildiyim hissəni isə yenidən öyrənməyə səy göstərirdim. Qarşımda yalnız bir məqsəd vardı - 700 bal toplamaq. Ona görə də imtahanlarda 700 bal toplayacağıma inanırdım. Bu uğur yalnız mənim deyil, üzərimdə əməyi olan hər kəsindir. Xüsusilə də, valideynlərimin həm maddi, həm də mənəvi dəstəyi olub. Həmişə rahatlığım və yaxşı təhsil almağım üçün mənə şərait yaradıblar. Hər birinə təşəkkür edirəm”.
III ixtisas qrupu üzrə maksimum nəticə əldə edən abituriyentlərdən biri də Qasımov Təbriz Nazim oğludur. T.Qasımov 1999-cu ildə Kürdəmir rayonunda dünyaya gəlib. Kürdəmir rayonundakı 2 saylı şəhər orta məktəbin məzunudur. Ailənin yeganə övladı olan Təbriz hüquqşünaslıq fakültəsini seçmək istəyir: “Tək övlad olmaq özü bir məsuliyyətdir. Valideynlərim bütün ümidlərini mənə bağlamışdılar. Onların arzusunu puç edə bilməzdim. Gecə-gündüz, istirahət belə etmədən dərslərimi oxumağa çalışdım. Onların əməyini yerdə qoymadığım üçün çox xoşbəxtəm. 700 bal toplayacağıma əmin olsam da, hər an qorxularım vardı. Gələn il tələbə adını qazanmaq arzusunda olan abituriyentlərə də demək istəyirəm ki, sistemli və nizamlı şəkildə dərslərini oxusunlar. Bu nəticə onlar üçün də əlçatan olacaq”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

