Son illər Azərbaycanda sənədsiz yaşayan şəxslərin sayı azalıb
10.08.2016 [10:14]
Avqustun 9-da Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Furio De Angelisi ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Xidmət rəisi F.Nəbiyev BMT QAK rəsmisini yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Sonra F.Nəbiyev qonaqlara Azərbaycanda miqrasiya prosesləri ilə bağlı mövcud vəziyyət haqqında ətraflı məlumat verib. Xidmət rəisi ölkənin ötən əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyi miqrasiya problemlərinin yaranma səbəbləri, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində baş vermiş işğal faktı, bunun nəticəsində bir milyondan çox insanın 20 ildən çox müddətdə qaçqın və məcburi köçkün həyatı yaşadığını, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilmədiyini qonaqların diqqətinə çatdırıb. Həmçinin ikili standartların yaratdığı fəsadlar, Avropanın üzləşdiyi miqrant problemi barədə fikirlərini bölüşüb.
Bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı əcnəbilərin respublikamıza marağını artırıb. F.Nəbiyev 2007-ci ildə Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, görülmüş işlər barədə geniş söhbət açıb. Azərbaycanın milli miqrasiya qanunvericiliyinin zənginliyi, beynəlxalq təcrübəni özündə əhatə etməsi və sadəliyi qonaqlarda xoş təəssürat yaradıb. Miqrasiya Məcəlləsinin qəbulundan, son illər bu sənədə edilmiş əlavə və dəyişikliklərdən danışan Xidmət rəisi beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın uğurlu nəticələrinə də diqqət çəkib. BMT QAK, eləcə də təşkilatın Azərbaycandakı nümayəndəliyi ilə əlaqələrin səmərəli olduğunu vurğulayıb. DMX-də yaradılmış xidməti şəraiti, Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti, əməkdaşların qulluğa qəbulu işindəki şəffaflığın yüksək səviyyədə təmin edilməsi qonaqların marağına səbəb olub.
Furio De Angelis Dövlət Miqrasiya Xidmətinin BMT QAK-ın əsas tərəfdaşlarından biri olduğunu qeyd edib, əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib.
İki qurum arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıran F.Nəbiyev bunun təzahürü kimi BMT QAK-ın İcraiyyə Komitəsinin sessiyalarında Azərbaycan nümayəndə heyətinin iştirakını xüsusi vurğulayıb. Həmin sessiyalar çərçivəsində BMT QAK rəhbəri ilə ikitərəfli görüşlərini məmnunluqla xatırlayan F.Nəbiyev bunun əməkdaşlığın dərinləşməsində önəmli rol oynadığını qeyd edib. BMT QAK ilə əməkdaşlığın müxtəlif aspektlərinə toxunan Xidmət rəisi Azərbaycanda olan qaçqınların, eləcə də qaçqın statusu almaq üçün müraciət edən şəxslərin hüquqlarının müdafiəsi sahəsində atılan addımlar, həmçinin qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən birgə tədbirlər barədə qonağı məlumatlandırıb. Bütün bu tədbirlərin məntiqi nəticəsi kimi, əlavə himayənin tətbiqi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsinə dair təkliflərin hazırlanması BMT QAK rəsmisinin diqqətinə çatdırılıb. Vətəndaşsızlıq hallarının azaldılması istiqamətində də Dövlət Miqrasiya Xidmətinin BMT QAK ilə əməkdaşlıq etdiyini bildirən F.Nəbiyev son illər həyata keçirilən konstruktiv və kompleks tədbirlər nəticəsində ölkədə sənədsiz yaşayan şəxslərin sayının əhəmiyyətli dərəcədə azaldığını bildirib.
Furio De Angelis iki qurum arasında mövcud sıx əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

