Dini radikalizmə və xurafata qarşı mübarizədə medianın rolu müzakirə olunub
19.08.2016 [12:31]
Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2016-cı il “Multikulturalizm ili” çərçivəsində “Media və din” mövzusunda konfrans keçirilib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Milli Məclisin deputatı Fazil Mustafa, ölkəmizdə fəaliyyət göstərən media qurumlarının dini mövzularda yazan əməkdaşları və mütəxəssislər iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən bəhs edərək bildirib ki, bu gün dini mövzuda yazan kifayət qədər jurnalist var. Lakin jurnalistlər bu yönümlü yazıları hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı və bu mövzuya həssaslıqla yanaşmalıdırlar. O qeyd edib ki, hazırlanan yazılarda xalqın dini inancı ilə bağlı daxili senzuraya riayət edilməlidir.
Sədr deyib ki, Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çoxkonfessiyalı ölkədir və burada ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir. Azərbaycanda dövlət-din münasibətlərinin həyata keçirilməsində qarşıda iki mühüm vəzifə dayandığını bildirən Mübariz Qurbanlı bunlardan birincisinin dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək və burada medianın rolunu artırmaq, digərinin isə dini xurafata qarşı mübarizə aparmaqdan ibarət olduğunu qeyd edib.
Əflatun Amaşov bu cür konfransların keçirilməsinin əhəmiyyətini önə çəkərək bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür. O qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrimizin fəaliyyəti xüsusi önəm daşıyır.
Bəxtiyar Sadıqov milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük öhdəlik düşdüyünü deyib. O bildirib ki, jurnalistlər dinimizin təbliğini məhz bu istiqamətdə təşkil etməli, dini radikalizmlə mübarizədə daha fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqelərini açıq-aydın şəkildə nümayiş etdirməlidirlər.
Çıxışlarda, həmçinin qeyd olunub ki, dini mövzuda yazmaq vicdanla, insani duyğularla bağlı məsələdir. Jurnalistlər arasında bu sahədə ixtisaslaşmanın aparılması vacibdir.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Mövcud dini durum və media”, ADA Universitetinin müəllimi, dinşünas-alim Nəriman Qasımoğlu isə “Dinlərdə multikultural dəyərlər və onun mediada təbliği” mövzularında çıxış ediblər.
Tədbir işini müzakirələrlə davam etdirib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

