Bakı Modern Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərəcək uşaq bağçasının açılışı olub
02.09.2016 [09:59]
Sentyabrın 1-də Nərimanov rayonu, F.X.Xoyski prospekti 111A ünvanda yerləşən, Bakı Modern Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərəcək “Modern Baby” körpələr evi-uşaq bağçasının açılışı olub. Açılış mərasimində Nərimanov rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, təhsil kompleksinin rəhbərliyi, valideynlər və rəsmi qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra çıxış edən körpələr evinin direktoru Minə Quliyeva bildirib ki, bağçada 3 yaşdan 6 yaşadək 150 uşaq 10 qrupda təlim-tərbiyə alacaq. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə prosesləri əsas götürülüb. Binada uşaqların istirahəti və əyləncəsi üçün də geniş imkanlar var. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətlərinin qurulması diqqət mərkəzində saxlanılır. M.Quliyeva yaradılan şəraitə görə Prezident İlham Əliyevə bağçanın işçi heyəti və valideynlərin adından dərin minnətdarlığını bildirib.
Mərasimdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilə göstərilən diqqət və qayğı, təhsilin daha da inkişafı, təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər, icra edilən genişmiqyaslı layihələr, eləcə də təhsilin təməlini təşkil edən məktəbəqədər təhsilin yüksək standartlara uyğun inkişafı, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib. A.Fərzəliyev bunun günü-gündən inkişaf edən dövlətimizin gələcəyi olan uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və istedadlı kadr potensialının formalaşmasına xidmət edərək daim diqqət mərkəzində olduğunu vurğulayıb. A.Fərzəliyev son illərdə istər regionlarımızın, istərsə də paytaxtımızın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını, yeni uşaq bağçalarının tikilməsi ilə bağlı xeyli işlərin görüldüyünü və bununla da məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra uğurların əldə edildiyini diqqətə çatdırıb.
Mərasimdə çıxış edən Milli Məclisin deputatları Hikmət Babaoğlu, Adil Əliyev və Rasim Musabəyov dövlət səviyyəsində təhsil sisteminə göstərilən qayğıdan danışıb, Azərbaycanın təhsil sistemində son illərdə əldə olunan uğurları xüsusilə vurğulayıblar.
Məlumat verilib ki, 2012/2013-cü tədris ilindən fəaliyyətə başlayan Bakı Modern Məktəbində Azərbaycan, rus və ingilis dillərində həyata keçirilən tədris proqramı ibtidai (I-IV), ümumi orta (V-IX) və tam orta təhsil (X-XI) səviyyələri üzərində qurulub. Məktəb dövlət standartlarına əsaslanmaqla və beynəlxalq təhsil proqramlarından istifadə etməklə özünün tədris planı və proqramlarını tərtib edərək həmin plan və proqramlara uyğun olaraq tədris prosesini təşkil edir.
Daha sonra açılış mərasimində iştirak edənlər sözügedən məktəbəqədər təhsil ocağının binasının rəmzi açılışını bildirən lenti kəsərək burada yaradılan şəraitlə yaxından tanış olublar. Qeyd edək ki, bağçada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Uşaqların zövqünə uyğun qurulan, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün müəssisə rəngbərəng inventarla təchiz edilib. Bağçada müasir standartlara uyğun müxtəlif sinif otaqları, kino, akt, idman və gimnastika zalları, hovuz və yeməkxana mövcuddur.
Həmçinin uşaq bağçasının ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, yay çardağı, oyun meydançası yaradılıb. Burada uşaqların mənalı istirahəti üçün hər cür şərait vardır.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17

