Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov növbəti beynəlxalq mükafata layiq görülüb

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov növbəti beynəlxalq mükafata layiq görülüb

07.09.2016 [09:19]

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun Serbiya və Makedoniyada keçirilmış “DPW SUMMER CIRCUIT 2016” dairəvi beynəlxalq fotomüsabiqəyə təqdim etdiyi “In the geometry of life” (“Həyatın həndəsəsi”) adlı fotoşəkil bu müsabiqənin qalibləri sırasına düşüb.
AZƏRTAC xəbər verir ki, Serbiyanın Aleksinas şəhərində Fəxri Salon Lenti mükafatına layiq görülmüş fotoşəkil bu il iyun ayında Bakıda, Heydər Əliyev Mərkəzinin yanında çəkilib.
Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) himayəsi ilə keçirilən müsabiqəyə dünyanın müxtəlif ölkələrini təmsil edən 348 fotoqrafın 4800-ə yaxın işi təqdim edilmişdi.
Xatırladaq ki, bu, 2016-cı ildə İlqar Cəfərovun müxtəlif beynəlxalq sərgi və müsabiqələrdə qazandığı altıncı mükafatdır. AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Amerika Fotoqrafiya Cəmiyyətinin “Who’s Who in Photography 2015” (“2015-ci ildə fotoqrafiyada kim kimdir”) adlı illik soraq kitabında dünyanın ən yaxşı fotoqraflarının siyahısına daxil edilib.

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31