Bakı Slavyan Universitetində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib
16.09.2016 [14:07]
15 sentyabr - Bilik günü münasibətilə dünən Bakı Slavyan Universitetində (BSU) təntənəli tədbir keçirilib. Müasir standartlara cavab verən əsaslı şəkildə təmirdən sonra baş tutan açılış mərasimində dövlət rəsmiləri, universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə BSU-nun foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyulub.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbə və professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Rektor əsaslı şəkildə təmir edilmiş və ən müasir avadanlıqlarla təchiz olunmuş əsas tədris korpusunun yeni tədris ilində onlar üçün ən yaxşı hədiyyə olduğunu vurğulayıb.
N.Əliyeva bildirib ki, qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq, bu sahədə davamlı islahatlarla nizamlı inkişafa malik olmaq əsas vəzifələrdən biridir. Onun sözlərinə görə, cəmiyyət daxilində təhsil sektorunun inkişafı digər sahələrin də paralel tərəqqisinə mühüm töhfələr verir: “Bu prosesdə aktiv rol oynayan faktorlar sırasında isə hər bir ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri xüsusi yer tutur. Son illər ərzində aparılan çoxşaxəli və davamlı islahatlar ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan verib. Bu da dinamik sosial-iqtisadi inkişafı və vətəndaşların rifah halının yaxşılaşmasını təmin edib. Məqsədyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan orta gəlirli dövlətlər sırasına daxil olub. İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir. Biz təhsilimizin dünya təhsil sisteminə inteqrasiyasını sürətləndirmək üçün işlərimizi davam etdiririk”.
İndiyə qədər ayrı-ayrı sahələri əhatə edən çoxsaylı Dövlət proqramlarının təsdiq edildiyini xatırladan N.Əliyevanın fikrincə, bu baxımdan, ölkə təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir. “Azərbaycanın bugünkü gəncliyi xoşbəxtdir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafı üçün bütün imkanları yaradıb. Bütün bunlar gəncliyimiz üçün yeni üfüqlər açır”, - deyə rektor vurğulayıb.
Tədbirdə BSU-nun professorları Məmməd Qocayev, Qalina Udalıx, universitetin Tələbə Gənclər Təşkilatının sədri Xəyal Quluzadə və builki qəbul imtahanlarında 612 bal toplayaraq BSU-ya daxil olan İlkanə Həsənova çıxış edərək Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıblar. Qeyd olunub ki, bu inkişaf özünü BSU-da da göstərir və bu ali təhsil ocağında tələbələrin yüksək təhsil alması üçün bütün imkanlar yaradılıb. Xüsusilə ali məktəbin yüksək standartlara uyğun təmir olunub və müasir avadanlıqlarla təchiz olunması bu imkanları daha da genişləndirir.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova BSU-nun kollektivinə və tələbələrinə yeni tədris ilində uğurlar arzulayıb. Təhsilin inkişafının daim dövlət başçısının diqqətində olduğunu deyən B.Muradova qeyd edib ki, Azərbaycan təhsili dünya təhsilinə sürətlə inteqrasiya edir. Onun sözlərinə görə, həm ali məktəblərimiz, həm də tələbələrimiz beynəlxalq miqyasda bir sıra uğurlar qazanırlar. Bu da təhsilimizin inkişafının göstəricisidir. Vitse-spiker qeyd edib ki, son illər Azərbaycanda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi baxımından ciddi nailiyyətlər əldə edilib. BSU-nun ölkəmizdə fəaliyyət göstərən ali məktəblər arasında xüsusi yer tutduğunu deyən B.Muradovanın fikrincə, bu universitet slavyan xalqları ilə əlaqələrin inkişafında özünəməxsus rol oynayır. BSU-da yüksək təhsil qazanmaq üçün bütün imkanların olduğunu deyən B.Muradova bu ali məktəbin rektoru N.Əliyevanın rəhbərliyi ilə gələcəkdə daha böyük uğurlar qazanacağına inamını ifadə edib.
Mərasimdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da çıxış edərək yeni tədris ilində universitetin kollektivinə uğurlar arzulayıb. O, BSU-nun yüksək səviyyədə təmir olunmasının tədrisin keyfiyyətinə də mühüm təsir göstərəcəyini vurğulayıb.
Tədbirdə həmçinin qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələrə hədiyyələr təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30

