/ / “Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq” mövzusunda seminar keçirilir
“Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq” mövzusunda seminar keçirilir
11.10.2016 [10:16]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə “Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq” mövzusunda ikigünlük seminar başlayıb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Avropa yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tolerantlıq və qeyri ayrı-seçkilik departamentinin rəhbəri Kristina Finç iştirak ediblər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı Etibar Nəcəfov çıxış edərək Dövlət müşaviri Kamal Abdullayevin adından seminar iştirakçılarını salamlayıb. O, Azərbaycanın multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşdığını qeyd edib. Bu siyasətin nəticəsində ölkəmizdə dini etiqad azadlığının təmin olunduğu, rəsmi fəaliyyət göstərən bütün dini icmaların qanun qarşısında eyni məsuliyyət daşdıqları və dini radikalizmin qarşısının alındığı diqqətə çatdırılıb.
E.Nəcəfov dövlətimizin multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdə mövcud olan etnik-mədəni dəyərlərin qorunmasında, etnik toplumlar arasında dostluq və qardaşlıq mühitinin formalaşmasında əldə olunan nəticələri vurğulayıb. Ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların din azadlıq hüquqlarının müdafiə olunmasına dövlətimizin xüsusi fikir verməsini qeyd edib. Alban Apostol aftokefal kilsəsinin bərpası istiqamətində görülən işlər, Alban-Udi, eləcə də pravoslav kilsələrinin, sinaqoqların bərpa olunması və yenilərinin tikilməsi, Bakının mərkəzində erməni kilsəsinin bərpa olunması və qorunması buna əyani sübutdur. Eyni zamanda, müstəqillik dövründə ölkəmizdə iki mindən çox məscid tikilib, qədim dini-tarixi abidələr bərpa edilib. Bildirilib ki, “İmamzadə” kompleksində, Şamaxı Cümə məscidində aparılan təmir-bərpa və tikinti işləri başa çatdırılaraq istifadəyə verilib. Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan Heydər məscidi isə Azərbaycanın ən böyük məscididir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tolerantlıq və qeyri ayrı-seçkilik departamentinin rəhbəri Kristina Finç çıxışında Büronun bu sahədə gördüyü işlərdən danışaraq, maarifləndirmə məqsədilə keçirilən ikigünlük seminarın əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, seminarin məqsədi Avropa məkanında və dünyada dinlərarası dialoqun təşviq edilməsi, bu sahədə dünya ölkələri və Azərbaycanın təcrübələrinin bölüşdürülməsidir.
Daha sonra Avropa yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal çıxış edərək Azərbaycandakı tolerantlıq mühitindən danışıb. Ravvin qeyd edib ki, Azərbaycan tolerantlığın canlı nümunəsidir və ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərilir.
Seminar Kristina Finçin moderatorluğu ilə müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

