/ / “ADA” Universitetində gəncliyin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında rolu ilə bağlı müzakirələr aparılıb
“ADA” Universitetində gəncliyin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında rolu ilə bağlı müzakirələr aparılıb
25.10.2016 [10:00]
Oktyabrın 24-də “ADA” Universitetində BMT-nin yaranmasının 71-ci ildönümünə həsr olunan “Gənclərə münasib dünya” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elmi təşkilatların üzvləri və başqaları iştirak ediblər.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ötən 71 ildə BMT-nin gördüyü işlərdən bəhs edib. Vurğulanıb ki, BMT beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasında fəaliyyət göstərən universal təşkilat olaraq özünü qətiyyətlə formalaşdırıb.
Oktyabrın 24-ü tarixinin BMT günü kimi qeyd olunduğunu deyən Q.İsakzai diqqətə çatdırıb ki, gənclər dünyada cərəyan edən proseslərin fəal iştirakçılarıdır. Ötən ilin sentyabrında Azərbaycan BMT-yə üzv olan digər ölkələrlə birgə Dayanıqlı İnkişaf Məqsədlərini özündə əks etdirən Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyini qəbul edib. Gündəlik 2030-cu ilədək yoxsulluğa son qoymaqla qlobal iqtisadi rifahı, sosial inkişafı və ətraf mühitin qorunmasını təşviq edəcək. Q.İsakzai deyib: “Gündəlik gənclər üçün vacib yol xəritəsidir. Gənclərin inkişafı proqramı çərçivəsində Azərbaycan hökumətinə dəstəyimizi verməyə hazırıq”.
BMT-nin fəaliyyətindən, ölkəmizin bu təşkilatla əməkdaşlığından danışan “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev rəhbərlik etdiyi universitetin fəaliyyətə başladığı ilk günlərdən BMT-nin müxtəlif qurumları ilə əməkdaşlıq etdiyini vurğulayıb. Rektor deyib: “Gənclər müstəvisində BMT ilə əməkdaşlığın daha da inkişafının tərəfdarıyıq”.
Tədbirin əhəmiyyətini vurğulayan H.Paşayev qeyd edib ki, bu cür tədbirlərin təşkili üçün “ADA” Universitetində yaxşı imkan var. Bu baxımdan BMT-nin Azərbaycandakı nümayəndəliyi mühüm tədbirlərini universitetdə təşkil edə bilər.
Sonra “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadənin sədrliyi ilə, “Qlobal, regional və lokal kontekstdə gəncliyin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında rolu” mövzusunda panel iclas keçirilib.
BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Edvard Karvardaynın moderatorluğu ilə keçirilən panel iclasda gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibinin müavini Hongjoo Hahm, BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa çıxış edərək son illər dünyada, o cümlədən Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, islahatlardan danışıblar. Vurğulanıb ki, tədbirdə müvafiq sahədə qlobal miqyasda olan problemlərə diqqət yetirilməli, məşğulluq, işsizlik, yoxsulluq haqqında fikirlər bölüşülməlidir. Bu kontekstdə birgə tədbirlər keçirtməklə, yeni fikir və ideyaları bildirməklə uğurlu nəticələr əldə etmək mümkündür.
Müzakirələrdən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Sonda BMT-nin Azərbaycandakı nümayəndəliyinin elan etdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

