/ / Natəvan Hacıyevanın “Televiziya dünənim, bu günüm və sabahımdır” adlı kitabının təqdimat mərasimi keçirilib
Natəvan Hacıyevanın “Televiziya dünənim, bu günüm və sabahımdır” adlı kitabının təqdimat mərasimi keçirilib
27.10.2016 [09:45]
Oktyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar artist Natəvan Hacıyevanın “Televiziya dünənim, bu günüm və sabahımdır” adlı kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, müəllif kitabı milli televiziyamızın yaranmasının 60 illiyinə həsr edib. Kitab iki hissədən ibarətdir. Birinci hissə televiziyanın yaranma tarixinə, ikinci hissə isə müəllifin həyat və yaradıcılığına həsr olunub.
Tədbirin aparıcısı şairə-yazar Sara Göyçəli kitabın məziyyətlərindən, eləcə də N.Hacıyevanın mənalı ömür yolundan və çoxşaxəli yaradıcılığından danışıb.
Bildirilib ki, Bakıda ziyalı ailəsində dünyaya göz açmış Natəvan Hacıyeva orta məktəbi bitirdikdən sonra o vaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Ali məktəbdə oxuduğu illərdə müsabiqə yolu ilə Azərbaycan Televiziyasına diktor kimi işə qəbul edilib. Natəvan Hacıyevanı tamaşaçılara sevdirən aydın diksiyası, şirin danışığı, gülərüzlüyü və qəlbə yatan məlahətli səsi olub.
Vurğulanıb ki, “Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunan bu kitabın redaktoru Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi dram hissəsinin müdiri Çingiz Ələsgərlidir.
Publisist-politoloq Reyhan Mirzəzadə bildirib ki, Natəvan xanımın bu kitabı Azərbaycan Televiziyasının yaranma tarixinə bir töhfədir. Kitabı vərəqləyən hər bir kəs N.Hacıyevanı daha yaxından tanıyacaq və onun keçdiyi ömür yoluna yenidən nəzər salacaq.
“N.Hacıyeva mənalı ömrünün 56 ilini milli televiziyamıza həsr etsə də, “Aygün” filmindəki epizodik rolunu sənətdə ilk debütü sayır. Onun 2000-ci ildə çapdan çıxmış “Mən o günləri yaşamışam” kitabında Azərbaycan televiziyasında çalışdığı illərlə bağlı unudulmaz xatirələri öz əksini tapıb”, - deyə natiq vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək kitabın çap olunmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib və Azərbaycan Televiziyasının keçdiyi tarixi inkişaf yolundan söz açıb.
O deyib: “Bu yola özünü həsr edən, qəhrəmanlıq göstərən insanlar qədər sevinirəm. Atam da, anam da ömürlərini televiziyaya bağlamışdılar. Azərbaycan Televiziyası və Radiosu uşaqlığımın, gəncliyimin bir parçasıdır. Televiziya zamanın, cəmiyyətin aynasıdır. Kütləvi İnformasiya Vasitələri arasında televiziya və radionun məsuliyyəti daha çoxdur. Bu məsuliyyəti, bu yükü şərəflə çiyinlərində daşıyanlar, düzgün informasiyanı çatdıranlar, dilimizi, mədəniyyətimizi ötürməyə çalışanlar qəhrəman insanlardır”.
Bir qurumun yaranması və inkişafı üçün 60 ilin böyük tarix olduğunu söyləyən Jalə Əliyeva qeyd edib ki, müəllif kitabda ömrünü “sehrli qutu”ya həsr etmiş insanların ürək çırpıntılarını bir araya toplayıb.
Tədbirdə kitabın redaktoru Çingiz Ələsgərli, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Əməkdar artist Eldost Bayram, tarix üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva, “Addım” qəzetinin baş redaktoru Anar Vəziroğlu və başqaları çıxış edərək Natəvan Hacıyevanın fəaliyyətindən söz açıb, ona ən xoş arzularını çatdırıblar.
Bildirilib ki, N.Hacıyevanın ölkəmizin və onun hüdudlarından kənarda minlərlə, milyonlarla tamaşaçısı var. Natəvan xanım xalqın təmənnasız sevgisini qazanıb. Onun diktorluğu təsadüf, maraq və istəkdən yaranıb. Qəlbində gözlənilmədən baş qaldıran istək onu diktorluğa qovuşdurub. Onun mehriban təbəssümü, təmiz anlaşıqlı diksiyası tamaşaçıları özünə cəlb edib.
Natiqlər kitabın xarici dillərə tərcümə olunaraq yayılmasını tövsiyə ediblər.
Sonda bütün iştirakçılara minnətdarlığını bildirən N.Hacıyeva deyib: “Noyabrın 6-da Azərbaycan televiziyasının 60, radiosunun isə 90 illiyi tamam olur. Mən də ömrümün 56 ilini milli televiziyada keçirmişəm. Ona görə də bu kitabı yazmağı özümə borc bildim”.
Müəllif deyib ki, bu əsəri gənc nəslə hədiyyə edib. Ona görə ki, gənclər Azərbaycan televiziyasının yaranmasını, keçdiyi inkişaf yolunu yaxşı bilməlidirlər.
Natəvan Hacıyeva ona göstərilən böyük hörmət və ehtiramı daim uca tutacağını və bundan sonra da gənc diktorların yetişməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58

