Dəyərli tədqiqat
27.10.2016 [09:48]
Yaxud tarix elmləri doktoru, professor Fuad Məmmədovun “Kulturologiya. Mədəniyyət. Sivilizasiya” kitabını müasir kulturologiya elminə töhfə kimi qiymətləndirmək olar
Görkəmli alim-kulturoloq Fuad Məmmədovun “Kulturologiya. Mədəniyyət. Sivilizasiya” adlı genişhəcmli fundamental tədqiqat işi çox aktual problemə həsr edilmişdir.
Tədqiqat işində mahiyyət etibarilə kulturologiya anlayışının və mədəniyyət-sivilizasiya sisteminin universal xarakteristikası açıqlanır.
Müəllif təbii və düzgün olaraq öncə kulturologiya anlayışının mahiyyəti, məzmunu, xüsusiyyətləri və inkişaf qanunlarını, bu anlayışa aid olan digər vacib məqamları araşdırır, kulturologiyanı insanın yaradıcı həyat fəaliyyəti haqqında elm kimi təhlil edir, eləcə də kulturologiya mahiyyət etibarilə, cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən üniversal və konkret praktiki dəyərə malik elm kimi vurğulanır və bu kontekstdə onun funksiyaları, metodologiyası və metodlarına aydınlıq gətirilir - bir sözlə, sistemli kulturoloji təhlilə cəhd edilir.
Tədqiqat işində xüsusi diqqət yetirilən məsələlərdən biri məhz kulturologiyanın predmeti sayılan mədəniyyət fenomenidir. Mədəniyyət anlayışının müəyyənləşdirilməsinə dəqiq, ciddi münasibət bildirən müəllif bu anlayışı düzgün olaraq spesifik ictimai hadisə, bütöv sosial sistem kimi dəyərləndirməyə və əsaslandırmağa cəhd edir. Belə elmi mövqe tamamilə təbii və qanunauyğundur. Çünki mədəniyyət də iqtisadi, sosial və siyasi yarımsistemlər kimi ən ümumi və mürəkkəb sosial sistem olan cəmiyyətin yarımsistemidir. Bütün bu yarımsistemlər isə özlüyündə bütöv sosial sistem kimi səciyyələnir.
Maraq doğuran məqamlardan digəri mədəniyyətin obyektiv-tarixi inkişaf amili kimi araşdırılmasıdır. Fəlsəfi, sosioloji və kulturoloji ədəbiyyatda mədəniyyət müxtəlif mövqelərdən qiymətləndirilsə də, bu fenomen bütün hallarda insanların fəaliyyətinin yalnız nəticəsi kimi deyil, eləcə də üsulu kimi dəyərləndirilir. Müəllifin bu reallığı xüsusi və obyektiv vurğulaması mövcud fikirlə bağlı bəzi mübahisəli elmi mövqelərin mahiyyətinə düzgün aydınlıq gətirir və zənnimizcə, kulturoloji fikrin zənginləşməsinə xidmət edir.
Mədəniyyətin təsnifatının diqqətdən yayınmaması da bu anlayış haqqında təsəvvürün dolğunlaşmasına istiqamətlənir. Bu mənada kütləvi və elitar mədəniyyətin müqayisəli təhlilinə səy göstərilməsi təqdirəlayiqdir.
Tədqiqat işinin əhəmiyyətli məqamlarından biri də sivilizasiya fenomeninə ayrıca diqqət yetirilməsidir. Bununla bağlı sivilizasiya dərin məna tutumuna malik olan çoxcəhətli və çoxmənalı fenomen kimi, mədəniyyətin inkişafında müəyyən tarixi mərhələ aspektində araşdırılır, eləcə də sivilizasiyanı mədəniyyətdən fərqləndirən əsas cəhətlərə aydınlıq gətirilir. Sivilizasiya anlayışı ilə bağlı ən görkəmli alimlərin müxtəlif fikirləri nəzərə çatdırılır və müqayisəli yanaşma əsasında müəllif özünəməxsus orijinal mülahizələr yürüdür.
Çox əhəmiyyətli ictimai-kulturoloji hadisə kimi, idarəetmə mədəniyyətinə xüsusi diqqət yetirilməsi də tədqiqat işinin uğurlu aspektlərindəndir. İdarəetmə mədəniyyəti anlayışına geniş, əhatəli münasibət nəinki elmi-nəzəri və eləcə də praktiki əhəmiyyət kəsb edir. Müəllif belə bir mövqedən çıxış edir ki, idarəetmə nəinki məqsədlərin, istiqamətlərin müəyyən edilməsini, fəaliyyət prinsiplərinin və metodologiyaların, texnologiyaların seçilməsini nəzərdə tutur, o eləcə də insanın və cəmiyyətin, dünya mədəniyyəti və sivilizasiyasının obyektiv inkişaf qanunauyğunluqlarını dərk etmək əsasında qurulur. Məhz bu kontekstdə kulturoloji ölçüdə dövlət idarəçiliyi mədəniyyətinin başlıca komponentləri, xüsusiyyətləri səmərəli və məqsədyönlü vurğulanır, tədqiqi nəzərdə tutulan digər məsələlər də məntiqi ardıcıllıqla və məntiqi planda təhlil edilir.
Kitabda elmi idarəetmə prinsipləri, təşkilati mədəniyyət tipləri, dövlət idarəçiliyinin başlıca funksiyaları da qənaətbəxş səviyyədə aydınlaşdırılır.
Fikrimizcə, tədqiqat işinin çox maraq doğuran məqamlarından digəri səciyyəvi xarakter kəsb edən incə, humanist bir məsələyə - insan münasibətləri mədəniyyətinə diqqət yetirilməsidir. Ümumiyyətlə, şəxsiyyətlərarası münasibətlər, ünsiyyət mədəniyyəti fəlsəfi-kulturoloji fikrin klassik aspektlərindən hesab olunur. Bu məsələnin müasir anlamda vurğulanması olduqca vacibdir. Şəxsiyyətin mənəvi dünyasının inkişaf səviyyəsi nəinki cəmiyyət-şəxsiyyət münasibətlərinin, eləcə də şəxsiyyətlərarası münasibətin xarakteri ilə müəyyən olunur. Müəllif insan münasibətləri mədəniyyətini düzgün olaraq məhz bu kontekstdə təhlil edir, ümumiləşdirir və müvafiq tövsiyələrlə araşdırdığı problemin aktuallığına və əhəmiyyətinə aydınlıq gətirir.
Ünsiyyət mədəniyyəti insanın mənəvi simasının spesifik təzahürüdür. Bununla bağlı tədqiq olunan məsələyə dair bütövlükdə müəllifin belə bir mülahizəsi dəyərli səslənir ki, insan özünü mənəvi təmizləmə, əxlaqi yeniləşdirmə prosesində yüksək davranış mədəniyyətinin, başqalarına ləyaqətli münasibətin qüdrətli daşıyıcısı kimi çıxış edir və müdriklik təcəssümünə çevrilir. Eləcə də davranış, mədəniyyət və xarakter anlayışına aydınlıq gətirilir, şəxsiyyət mədəniyyətinin formalaşması mexanizmi və amilləri açıqlanır. Münasibətlər mədəniyyəti kontekstində həmçinin özünütərbiyə mədəniyyəti, özünütərbiyənin başlıca ünsürləri və bunların qarşılıqlı əlaqəsi, münasibətlər prosesində insanın mənəvi simasının formalaşması zərurəti aydınlaşdırılır. Spesifik məsələ kimi mədəniyyət hüquqları anlayışına münasibət də diqqəti cəlb edir.
Tədqiq olunan çoxsaylı digər məsələlər sistemində kulturologiya və multikulturalizmin nisbətinə diqqət yetirilməsi xüsusi maraq doğurur. Bu, birincisi, o mənada vacibdir ki, kitabda tədqiq olunan bütün məsələlər kimi, multikulturalizm də kulturologiyanın tədqiqat obyektini təşkil edir. İkincisi isə, məlum olduğu kimi, 2016-cı il rəsmi səviyyədə Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Təsadüfi deyil ki və haqlı olaraq bu məsələ ilə bağlı öncə dövlət səviyyəsində azərbaycançılıq ideologiyası çərçivəsində həyata keçirilən multikulturalizm siyasətinin mahiyyəti və əhəmiyyəti izah olunur, bu siyasətin bütövlükdə Azərbaycanın daxili siyasətinin aparıcı istiqamətlərindən olduğu nəzərə çatdırılır. Multikulturalizm bu və ya digər ölkədə yaşayıb fəaliyyət göstərən müxtəlif xalqların nümayəndələrinin, konfessiyaların mədəniyyət hüququnu qəbul edən, ona hörmətlə yanaşan humanist siyasət kimi əsaslandırılır, eləcə də humanist və demokratik konsepsiya olaraq tolerantlığın siyasi-praktiki təcəssümü baxımdan təhlil olunur.
Müəllif çox düzgün olaraq belə bir mülahizə yürüdür ki, multikulturalizm kulturogenezisə, ənənələrin və innovasiyaların sintezinə imkan yaradır, cəmiyyətin sosial mədəniyyətini şərtləndirir, eləcə də müxtəlif etnosların və mədəniyyətlərin bərabərhüquqlu birləşməsi və inkişafıdır. Belə qənaətə gəlirik ki, görkəmli tədqiqatçı az tədqiq edilən multikulturalizm fenomeni barədə geniş, dolğun və səhih təsəvvür yaratmağa nail olmuşdur. Müəllif belə bir praktiki reallıqdan çıxış edir ki, kulturoloji xarakterli strategiya zəminində Azərbaycan müxtəlif etnos nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiyası üçün həmişə əlverişli məkan olmuşdur və indi də belədir.
Professor Fuad Məmmədov zəngin və dəyərli müasir ədəbiyyatdan səmərəli, yaradıcı və məqsədyönlü istifadə edərək, yüksək zəhmətkeşlik mədəniyyəti zəminində sanballı, qiymətli elmi tədqiqat işi yazmışdır. Kitabı müasir kulturologiya elminə töhfə kimi dəyərləndiririk. Oxucuların marağına səbəb olacaq bu əsərdən filosoflar, sosioloqlar, politoloqlar, psixoloqlar, tarixçilər bəhrələnə bilərlər, bütövlükdə isə tədqiqat işi geniş oxucu kütləsinə ünvanlanan zəruri biliklər sistemidir.
Məcid Əfəndiyev
Fəlsəfə üzrə fəlsəfə
doktoru, dosent
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30

