Azərbaycan qlobal dayanıqlı inkişaf məqsədlərinə böyük dəstək nümayiş etdirir
29.10.2016 [10:48]
Ölkəmiz zəngin təbii ehtiyatlardan istifadə edərək alternativ və bərpa olunan enerji istehsalını artırmaqla dünya miqyasında karbon intensivliyinin azaldılmasına daha çox töhfə vermək əzmindədir
Xəbər verildiyi kimi, bu günlərdə Bakıda Azərbaycan hökuməti, BMT Avropa İqtisadi Komissiyası (AİK) və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu keçirilib. BMT-nin 70 üzv dövlətindən 400-dən çox nümayəndənin qatıldığı forumda davamlı inkişaf hədəflərinə nail olmaq üçün maneələrin aradan qaldırılması, ölkələrin ətraf mühitə təsirlərin azaldılmasına dəstəyi, Paris İqlim Sazişindən və Dayanıqlı İnkişaf Naminə Enerji (SE4ALL) üzrə razılaşdırılmış Fəaliyyət planından irəli gələn milli öhdəliklərin və çağırışların dünya dövlətləri tərəfindən tətbiqi istiqamətindəki fəaliyyətlərinin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpaolunan enerji mənbələrinin və enerji səmərəliliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm məsələlər müzakirə olunub.
Hazırda davamlı inkişafa aid meydana çıxan mühüm qlobal çağırışlardan biri alternativ və bərpa olunan enerji istehsalı ilə bağlıdır
Hazırda bütün dünyada ölkələrin enerji təhlükəsizliyi ilə bağlı məsələlər kifayət qədər aktualdır. İş o yerə çatıb ki, bir sıra hallarda ayrı-ayrı supergüc dövlətlər enerji amilini manipulyasiya predmetinə çevirərək ondan öz siyasi ambisiyalarını həyata keçirmək, rəqiblərinə bu və ya digər formada təzyiq göstərmək üçün bir vasitə kimi istifadə etməyə çalışırlar. Buna görə də ayrı-ayrı ölkələr energi mənbələrinin diversifikasiya edilməsi, o cümlədən də ənənəvi enerjidən alternativ enerjiyə keçilməsi, bərpa olunan enerjidən daha geniş istifadə olunması yolları barədə getdikcə daha çox düşünür və yeni enerji mənbələrinə çıxış imkanlarının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər.
Alternativ enerji istehsalının və istehlakının artırılması ilə bağlı qlobal çağırışların getdikcə daha böyük aktuallıq daşıması, eyni zamanda, dünya miqyasında ekoloji problemlərin kəskinləşməsi ilə bağlıdır. Çox haqlı olaraq ölkələrin bərpa olunan enerji sektoruna ildən-ilə daha böyük həcmlərdə investisiya yönəltmələri enerji sektorunda karbon intensivliyinin azaldılmasına, qlobal istiləşmə təhlükəsinin aradan qaldırılmasına, ənənəvi enerji mənbələrinin ifrat istismarının qarşısının alınmasına, ekoloji tarazlığın qorunmasına yönəldilən investisiyalar kimi dəyərləndirilir.
Dünyada davamlı inkişaf məqsədlərinə nail olunması üçün ölkələrin alternativ enerji mənbələrinə çıxış imkanlarının artırılması və bu yolla qlobal enerji və ekoloji təhlükəsizliyə töhfələr verilməsinin zəruriliyi BMT-nin gələcək üçün müəyyənləşdirdiyi paradiqmaları sırasında xüsusi yer tutur. Forum çərçivəsində keçirilən “Bərpa olunan energetikanın inkişafı” Beynəlxalq konfransında vurğulandığı kimi, BMT 2015-ci il ərzində dayanıqlı inkişaf üzrə 17 istiqamət müəyyən edib. Qlobal miqyasda davamlı inkişafla bağlı atılan mühüm addımlardan biri məhz BMT-nin İqlim dəyişmələri üzrə çərçivə sənədi istiqamətində ölkələrin öz öhdəliklərini müəyyən etməsidir. Bu öhdəliklər həm milli səviyyədə, həm də regional səviyyədə müəyyən olunub.
Dünya ölkələrinin getdikcə artan qlobal ekoloji təhdidlərin qarşısını almaq məqsədilə öz səylərini birləşdirməyə çalışmaları təqdirəlayiq haldır. Bu baxımdan Parisdə baş tutan konfransın əhəmiyyəti böyükdur. Konfransda bütün ölkələr planetin temperaturunun səviyyəsinin saxlanılması üçün vahid platformadan birgə fəaliyyət göstərmələri haqqında öz niyyətlərini elan ediblər. Burada əsas rol bərpa olunan enerjiyə ayrılıb. Bu kimi tədbirlər, keçirilən forum və konfranslar bu sahənin stimullaşdırılmasına təkan verir. Forum çərçivəsində keçirilən tədbirlərdə hazırda ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya kimi ölkələrin ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan elektrik enerjisinin istehsalında qabaqcıl mövqe tutmaları diqqətə çatdırılıb və bu sahədə qabaqcıl təcrübənin daha geniş yayılmasının zəruriliyi vurğulanıb.
Azərbaycan zəngin alternativ enerji mənbələrinə malik olan ölkədir
Müasirləşməni və güclü dövlətə çevrilməyi hədəfləyən Azərbaycan ölkədə davamlı inkişafın təmin olunması üçün müvafiq tədbirlərin görülməsini, davamlı inkişaf məqsədlərinə daim siyasi və maddi dəstək göstərilməsini diqqət mərkəzində saxlayır. Bu yaxınlarda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ölkəmizdə davamlı inkişaf məqsədlərinə göstərilən diqqətin növbəti ifadəsidir. Şübhə yoxdur ki, bəhs olunan Şuranın koordinasiya olunmuş fəaliyyəti respublikamızda davamlı inkişafla bağlı strateji məqsədlərə çatılmasında mühüm rol oynayacaq.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan son 13 ildə ölkədə davamlı inkişafın təmin olunmasında vacib vəsilə qismində çıxış edən enerji təhlükəsizliyinin təmin edilməsində böyük uğur qazanıb. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində hazırda Azərbaycan elektrik enerjisinə olan tələbatını bütünlüklə daxili istehsal hesabına təmin edir və ölkəmizin müəyyən qədər ixrac imkanları yaranıb. Prezident İlham Əliyev isə Azərbaycanın davamlı inkişaf strategiyasına uyğun olaraq respublikanın enerji təminatı sahəsində qarşıya yeni hədəflər qoyub. Ölkənin enerji təminatının daha da gücləndirilməsi məqsədilə yeni istiqamət kimi məhz alternativ və bərpa olunan enerjidən daha geniş şəkildə istifadə edilməsi müəyyənləşdirilib. Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransdakı nitqində yeni elektrik stansiyalarının tikilməsi, o cümlədən də bərpa olunan enerji növlərinə diqqətin artırılması sayəsində ölkənin tələbatından artıq enerji potensialının yaradılmasının vacibliyinə diqqət çəkərək deyib: “Enerji potensialımız tələbatımızı daim qabaqlamalıdır. Ona görə gələcəkdə elektrik stansiyalarının tikintisi nəzərdə tutulmalıdır, o cümlədən biz bərpa olunan enerji növlərinə də, əlbəttə ki, diqqət yetirəcəyik. Son illərdə bu istiqamətdə də ciddi addımlar atılmışdır”.
Ölkəmizdə davamlı inkişaf məqsədlərinə nail olmaq üçün alternativ və bərpa olunan enerji növlərindən istifadə edilməsinə böyük diqqət göstərilməsi təsadüfi deyil. Azərbaycanın əlverişli coğrafi-iqlim xüsusiyyətləri alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istifadəyə imkan verir. Bu resurslardan, o cümlədən biokütlə və geoterminal enerji mənbələrindən geniş və səmərəli istifadə edilməsi ölkənin enerji təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Hesablamalara görə, Azərbaycan illik 800 MVt-yə yaxın külək enerji ehtiyatına malikdir və bu, ildə təxmini 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Qeyd olunan göstərici ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət edilməsinə, ən əsası isə, külli miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınmasına imkan verir.
Ötən il ölkədə alternativ enerji mənbələri hesabına 2 milyard kilovat-saata yaxın enerji əldə edilib
Qeyd etdiyimiz kimi, ölkəmizdə alternativ və bərpa olunan enerji istehsalının artırılmasına güclü siyasi və maddi dəstək göstərilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiqlənməsi bu istiqamətdə işlərin daha intensiv şəkildə həyata keçirilməsini təmin edib. Dövlət Proqramına uyğun olaraq respublikada qısa müddətdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi üzrə müasir müəssisələr yaradılıb. Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, Suraxanı Günəş Elektrik Stansiyası bu qəbildəndir. 2015-ci ildə Xızı rayonunun Yeni Yaşma ərazisində tikilmiş, layihə gücü 50 MVt olan külək parkında bütün stansiya Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən tam sınaqdan keçirilib və 2,5 MVt-lıq bir ədəd külək turbini işə salınıb.
Yaradılan müasir infrastruktur ölkəmizdə alternativ enerji istehsalını getdikcə artırmağa əlverişli zəmin yaradıb. ABOEMDA-nın sədri Akim Bədəlovun məlumatına əsasən, hazırda Azərbaycanın enerji balansında alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin payı 16 faizə yaxındır. “Bu, dünya ölkələri arasında pis göstərici deyil. Ötən il ölkədə alternativ enerji mənbələri hesabına 2 milyard kilovat-saata yaxın enerji əldə edilib. Burada külək, günəş və su elektrik stansiyalarından, habelə biokütlədən alınan enerji əsas yer tutur”, - deyə A.Bədəlov forum çərçivəsində keçirilən “Yüksək səviyyəli siyasi dialoq: V və VI forumun nəticələri üzrə fəaliyyət - enerji nazirlərinin fəaliyyətə çağırışı” adlı plenar sessiyadakı çıxışında vurğulayıb.
Hədəf 2020-ci ildə ümumi enerji istehsalında alternativ enerji mənbələrinin payını 20 faizə çatdırmaqdır
Ölkəmiz qabaqcıl dünya təcrübəsini mənimsəyərək alternativ enerji istehsalını gələcəkdə daha da artırmaq niyyətindədir. Hələlik Abşeron yarımadasında və ölkənin digər regionlarında quraşdırılan alternativ enerji istehsalı qurğuları tam gücü ilə istismar edilmir. ABOEMDA-nın mütəxəssislərinin verdikləri məlumata əsasən, müxtəlif ərazilərdə quraşdırılan belə qurğuların təxminən 15 faizi işlək vəziyyətdə deyil. Hazırda həmin qurğuların işə salınması üçün zəruri olan avadanlıqların xaricdən alınıb respublikamıza gətirilməsi istiqamətində intensiv işlər aparılır. Avadanlıqlar respublikaya gətirildikdən sonra müvafiq sazlama işləri aparılacaq və hələlik işləməyən qurğuların da istismarına start veriləcək.
Ümumiyyətlə, alternativ və bərpa olunan enerji istehsalının artırılması ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib. Qarşya qoyulan hədəflərdən söhbət açan A.Bədəlov bildirib: “2020-ci ilədək Azərbaycanın enerji balansında alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin payının 20 faizə çatdırılması nəzərdə tutulur”.
Agentlik sədri əlavə edib ki, yaxın gələcəkdə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə özəl sektorun inkişafı tam təmin olunacaq. Strategiyada üçpilləli enerji sistemi qurulub. Burada ən vacib məsələ “bir ev, bir stansiya” layihəsidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36

