Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nəsimi rayonunda “Bayrağımız qürur mənbəyimizdir” adlı yürüş keçirilib

Nəsimi rayonunda “Bayrağımız qürur mənbəyimizdir” adlı yürüş keçirilib

05.11.2016 [09:07]

Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilib. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, noyabrın 4-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, Böyük Vətən Müharibəsi veteranlarının, orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, tələbələrin, idmançıların və digər təşkilatların təmsilçilərinin iştirakı ilə “Bayrağımız qürur mənbəyimizdir” adlı yürüş keçirilib.
Tədbir Azərbaycan Velosiped İdmanı Federasiyasının velosipedçilərinin yürüşü ilə başlanıb. Əllərində Azərbaycan bayraqlarını tutmuş insan izdihamı Dövlət Bayrağı Meydanına doğru irəliləyərək, bayrağımıza olan ehtiram və sevgilərini bildiriblər. Yürüşdə 5 minə yaxın rayon sakini iştirak edib.
Yürüş Dövlət Bayrağı Meydanında Azərbaycanın dövlət himninin ifası ilə başlanıb.
Tədbir çərçivəsində fləşmoblar keçirilib, Azərbaycan bayrağı ilə bəzədilmiş minlərlə şar havaya buraxılıb.

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31