Azərbaycanla Misir arasında təhsil əlaqələri diqqət mərkəzindədir
12.11.2016 [01:03]
Bakı Dövlət Universiteti (BDU) Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin rəhbərliyi ilə kafedranın əməkdaşları, magistrant və doktorantları Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar. Mərkəzin müdiri Əhməd Sami Elaydi fakültə rəhbərliyi və kafedra əməkdaşları ilə yenidən görüşməkdən məmnunluğunu ifadə edib. Görüşü Beynəlxalq jurnalistika kafedrası ilə əməkdaşlıq əlaqələrinin davamı olaraq dəyərləndirən diplomat bildirib ki, jurnalistika fakültəsinin müəllim və tələbələri üçün ərəb dili kurslarının başlanması ilə bağlı təşkilati işlər yekunlaşıb, yaxın günlərdə kurslara start veriləcək.
Eyni zamanda, Misirin məşhur “Əl-Əxbar” qəzetinin “Ədəbiyyat xəbərləri” jurnalının baş redaktoru və Yaxın Şərq Xəbər Agentliyinin (MENA) direktor müavininin jurnalistika fakültəsində mühazirəsi təşkil ediləcək. Bundan əlavə, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi bu ölkənin mətbuatı ilə bağlı tədqiqat aparan Beynəlxalq jurnalistika kafedrasının müəllimləri, magistrantları və doktorantlarının bütün mümkün vəsaitlərlə təmin edilməsi, o cümlədən təcrübə mübadiləsi istiqamətində dəstək vermək niyyətindədir.
Kafedra müdiri, professor H.Vəliyev, öz növbəsində, Mərkəzin müdiri Ə.S.Elaydiyə qısa müddət ərzində görülən işlərə görə təşəkkür edib və əməkdaşlıq əlaqələrinin bu istiqamətdə davam edəcəyinə əminliyini ifadə edib.
Görüş Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası, auditoriyaları, konfrans zalı və sərgi otaqları ilə tanışlıqdan sonra başa çatıb.
M.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

