Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bölgələrimizlə tanışlıq məktəblilərin biliklərinin zənginləşdirilməsində xüsusi rol oynayır

Bölgələrimizlə tanışlıq məktəblilərin biliklərinin zənginləşdirilməsində xüsusi rol oynayır

16.11.2016 [09:36]

“Qəbələyə səfərimiz maraqlı və yaddaqalan oldu. Rayonda görülən işlər, eləcə də tarixi məkanlar, gözəl təbiət bizdə zəngin təəssürat yaratdı”. Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı, Saatlı rayonu Əlisoltanlı kənd orta məktəbinin IX sinif şagirdi Fidan Mirzəyeva bildirib.
O qeyd edib ki, şagirdlərin bölgələrə ekskursiyası, qədim tariximizin, adət-ənənələrimizin öyrənilməsi, mədəniyyət abidələrimizin ziyarət olunması, turizm mərkəzləri və başqa gəzməli-görməli yerlərlə tanışlıq onların biliklərinin zənginləşdirilməsində xüsusi rol oynayır.
Söhbətə qoşulan tur-aksiyanın digər iştirakçısı, Cəbrayıl rayon məktəblisi Şəbnəm Məmmədova ekskursiya zamanı həm də mənalı istirahət etdiklərini bildirib. O deyib: “Prezident İlham Əliyevin tapşırığına əsasən orta məktəblərin IX-XI sinif şagirdləri üçün Azərbaycanın bölgələrinə ekskursiya etmək imkanının yaradılması və bu gözəl təşəbbüsün uğurla reallaşdırılması hamımızın ürəyincədir. Maarifləndirici tur-aksiyada bizə Azərbaycanın bölgələri barədə daha ətraflı məlumatlar verilir, rayonlarımızın müasir siması ilə yaxından tanış oluruq. Eyni zamanda, tur-aksiya çərçivəsində özümüzə yeni dostlar qazanırıq”.
Fidan və Şəbnəm tur-aksiyadan zəngin təəssüratla geri dönəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31