Ölkəmizdə gender bərabərliyinin təmini ilə bağlı mühüm addımlar atılıb
19.11.2016 [09:57]
Bu istiqamətdə həyata keçirilən layihələr məişət zorakılığının qarşısının alınmasında əhəmiyyətli rol oynayır
Azərbaycan Respublikası müstəqillik dövründə bir çox dövlətlərin əsrlərlə əldə edə bilmədiyi yüksəlişə, inkişafa nail olub. Bununla yanaşı, ölkəmizdə hüquq və azadlıqların müdafiəsi istiqamətində də çox ciddi nailiyyətlər əldə edilib. Ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında fəallığın artırılması istiqamətində görülən işlər, öz növbəsində, qadınların cəmiyyətdəki rolunun artmasına da təkan verib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan qadın hüquqlarının tanınması və qorunması müstəvisində mühüm uğurlar əldə etmiş, ilklərə imza atmış ölkələrdən biridir. Hələ 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara ilk seçki hüququ tanımış dövlət kimi tarixə düşüb.
Şübhəsiz ki, Azərbaycanda qadın hüquqlarının ən yüksək səviyyədə təminatı, gender bərabərliyi məsələsi Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri kimi meydana çıxıb. Ümummilli liderimizin hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmi yüksək qiymətləndirilib. Çoxsaylı qadınlar yaradılan əlverişli şərait nəticəsində fərdi bacarıqlarını nümayiş etdirib, müxtəlif idarəetmə orqanlarında rəhbər vəzifələrdə çalışıblar. Hələ keçmiş SSRİ dövründə Azərbaycan elminin şöhrətini ucaldan və onu dünyaya tanıdan ziyalı qadınlara ittifaq miqyaslı fəxri adların verilməsi Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən biri idi.
Eyni zamanda, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu öndərimizin təşəbbüsü ilə ölkəmizdə qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atıldı, müvafiq qərarlar qəbul olundu. Ölkəmiz bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyaya, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşuldu. 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam imzalandı. Bu Sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirildi.
2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı hazırlandı. Bu plan 1995-ci ildə Azərbaycanın qoşulduğu “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategiyalar əsasında respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla tərtib edildi. Bu sənəd Dövlət proqramlarının hazırlanmasını, habelə qadın problemləri ilə əlaqədar konkret təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tuturdu. Sözügedən Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formalarının, qadın ticarəti və istismarının qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edildi. Sənəddə qadın hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlbetmə də daxil olmaqla müvafiq ölçülərin götürülməsi nəzərdə tutuldu.
Ölkəmizdə milli qanunvericilik hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir
Əsası Ulu öndərimiz tərəfindən qoyulan dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlət başçısı hər zaman gender məsələlərinə xüsusi həssaslıqla yanaşır, bu sahədə bütün müvafiq addımların atılmasına şəxsən nəzarət edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev hər zaman bu məsələ ilə bağlı çıxışlarında gender bərabərliyinin müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil etdiyini deyib: “Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir. Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində fəal iştirak etməklə, real gender bərabərliyinə nail olunması üçün öz qüvvələrini əsirgəmirlər”.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti hər bir Azərbaycan qadını üçün örnək təşkil edir
Ümumiyyətlə, tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri məhz Azərbaycan qadınının adı ilə bağlıdır. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti həm də hər bir azərbaycanlı qadın üçün fəxr, qürur mənbəyidir. Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin çox vacib istiqamətlərindən biri məhz Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır. Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr bərpa olunub. Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Mehriban Əliyevanın BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir.
Azərbaycan xanımlarının beynəlxalq arenadakı uğurları, həmçinin ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlardan danışarkən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın fəaliyyətini də xüsusi olaraq vurğulamaq yerinə düşər. Belə ki, məhz onun təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanan “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq kampaniyası Azərbaycan həqiqətlərinin yayılmasında mühüm rola malikdir. Kampaniya çərçivəsində həm ölkə daxilində, həm də xaricdə mühüm tədbirlər həyata keçirilib və keçirilir. “Justice for Khojaly!” (“Xocalıya ədalət!”) kampaniyası Xocalıda baş vermiş qanlı hadisələr haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədi daşıyır.
Azərbaycanda gender bərabərliyinin təmini yönündə həyata keçirilən layihələr bu sahədə mühüm irəliləyişlərə yol açıb
Onu da vurğulamaq lazımdır ki, ölkəmizdə dövlət qadın siyasətinin mühüm uğurlar əldə etməsində 1998-ci ildə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsinin böyük rolu oldu. Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirdi. Bu səbəbdən də 6 fevral 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu missiyanın daha geniş və effektiv şəkildə həyata keçirilməsinə imkan verdi. Komitə ötən dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərib. 2006-cı ildən bu yana komitə tərəfindən gender, ailə və digər bu kimi məsələlərlə bağlı mühüm layihələr həyata keçirilb. Qeyd etmək lazımdır ki, 2006-cı ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) “Qadınlar Cənubi Qafqazda Münaqişələrin Qarşısının Alınması və Sülh Yaradılması Uğrunda” layihəsi, 2007-ci ildə BMT-nin Əhali Fondu və Qərb Universitetinin nəzdində fəaliyyət göstərən Gender Araşdırmaları Mərkəzi ilə birlikdə “Milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi” layihəsi, eləcə də 2008-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu arasında imzalanmış “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi, 2009-cu ildə Azərbaycanda uşaq nikahları layihəsi həyata keçirilib. Vurğulayaq ki, həmin layihənin səbəb və nəticələrinə dair vəziyyətin təhlilini əks etdirən “Azərbaycanda uşaq nikahlarına dair tədqiqat” da hazırlanıb. Ümumiyyətlə, gender məsələləri ilə bağlı ötən illərdə onlarla layihələr həyata keçirilib. 2011-ci ildə reallaşdırılan və 2015-ci ilə qədər davam edən “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” layihəsi regionlarda yaşayan qadınların ictimai həyata fəal cəlb olunmasında mühüm rol oynayıb. 2013-cü ildə həyata keçirilən “Yerli idarəetmədə Qadın liderliyi” layihəsi isə gender bərabərliyinin qorunması, eləcə də qadınların ictimai həyatda yüksək mövqe əldə etməsi istiqamətində olduqca vacib əhəmiyyət kəsb edib. Bundan başqa, son 2 ildə də ölkəmizdə gender bərabərliyinin təminatı yönümündə mühüm tədbirlər baş tutub. Bu il oktyabrın 25-də “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı ikiillik layihə də bu qəbildəndir. Layihənin açılış mərasimində ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi sahələri üzrə əldə olunan müsbət nailiyyətlərin Azərbaycan Prezidenti İlham Əliyevin siyasi dəstəyinin nəticəsi olduğu vurğulanıb. Bildirilib ki, Ailə Strategiyası, Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planının layihələri hazırlanır və bu sənədlər selektiv abortlar, erkən nikahla və ailədə zorakılıqla mübarizə sahələrini əhatə edəcək. Qeyd edilməlidir ki, ölkəmizdə məişət zorakılığının qarşısının alınması istiqamətində Məlumat bankı da yaradılıb. Bununla bağlı məlumatlar toplanaraq statistik təhlil aparılır və problemlər araşdırılır. Burada əsas iki məqsəd var. İlk növbədə araşdırmalara əsaslanaraq ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək, xüsusilə regionlarda seminarlar, görüşlər keçirmək, ikincisi isə hansı istiqamətdə işin aparılmasını müəyyənləşdirməkdir. Bir müddət öncə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Təhsil, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün birgə tədbirlər planı təsdiq olunub. Bu tədbirlər planına əsasən regionlarda gender məsələləri ilə bağlı tədbirlər keçirilir, maarifləndirmə işləri aparılır.
Beləliklə, bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, səmərəli gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir.
Pərviz SADAYOĞLU
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

