ADPU-da YAP-ın yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib
22.11.2016 [10:12]
Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr edilmiş tədbir və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi tərəfindən icra olunan “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində ADPU-nun təşkilati dəstəyi ilə “Azərbaycançılıq - milli ideologiyamız” mövzusunda görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin ADPU-dakı abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını ifadə ediblər, sonra Heydər Əliyev Muzeyində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər və sənədlərlə tanış olublar.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, zaman baxımından 24 il çox böyük bir müddət deyil, lakin bu illər ərzində dövlətimiz həm YAP-ın yaradıcısı və qurucusu, Ümummilli liderimiz Heydər Əliyevin, həm də Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində böyük nailiyyətlər qazanmışdır. Bu gün öz sıralarında təxminən 700 minə yaxın insanı birləşdirən YAP ölkəmizin ən güclü və nüfuzlu siyasi təşkilatıdır.
Rektor Cəfər Cəfərov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ölkəmizin ərazisində yaşayan bütün xalqları və milli azlıqları Azərbaycanın ümumi inkişafı naminə fəaliyyətə yönəldən, ölkəmizi işıqlı gələcəyə aparan bir ideologiyadır.
ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov deyib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, həm də Cənubi Qafqazda ən böyük siyasi partiyadır: “Yeni Azərbaycan Partiyası 24 illik fəaliyyəti dövründə çətin və şərəfli yol keçib. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə alternativsiz siyasi qüvvə kimi qəbul edilir”.
B.Xəlilov əlavə edib ki, azərbaycançılıq dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli ideologiyadır: “Ümummilli lider Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən azərbaycançılığı milli dövlətçilik ideologiyası kimi sistemləşdirmiş, onu ümummilli məfkurə, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırmışdır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır: “YAP, həmçinin əldə etdiyi uğurlarla qələbələr partiyası olduğunu sübut edib. Eyni zamanda, siyasi varislik YAP-ın əsas prinsiplərindən biridir. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu ictimai-siyasi təsisatdır. Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır”.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğunu, qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olunduğunu deyən millət vəkili əlavə edib ki, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasına və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən mühüm ideoloji amil kimi çıxış edir.
Daha sonra “Kür-Xəzər” Xeyriyyə İB-nin sədri, Milli QHT Forumunun İdarə Heyətinin və Respublika Ağsaqqallar Şurasının üzvü, layihə rəhbəri Akif Kərimov, YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının sədri, professor Himalay Qasımov, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil, Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi Taleh Cəfərov, TGT-nin sədri Cavid Hüseynov, Filologiya fakültəsinin tələbəsi Cəmilə Məhərrəmova Ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası, eləcə də dövlət rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin gənc nəslə aşılanması, gənclərdə Vətənə, xalqa, millətə sədaqət və məhəbbət ruhunun yüksəldilməsi ilə bağlı çıxışlar ediblər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

