/ / Respublika Veteranları Təşkilatının VI plenumunda qurumun cari ildəki fəaliyyəti müzakirə olunub
Respublika Veteranları Təşkilatının VI plenumunda qurumun cari ildəki fəaliyyəti müzakirə olunub
23.11.2016 [09:34]
Noyabrın 22-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının VI plenumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev, təşkilatın üzvləri, müharibə, əmək, Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Plenumu açıq elan edib. O bildirib ki, Plenumda təşkilatın cari ildəki fəaliyyəti, həmçinin 2017-ci il üçün iş planının təsdiq edilməsi məsələləri müzakirə olunacaq.
Gündəlik təsdiq olunduqdan sonra C.Xəlilov Respublika Veteranlar Təşkilatının 2016-cı ildə fəaliyyətinin yekunlarına və gələn il qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib.
Ümummilli lider Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, veteranların sosial müdafiəsinin gücləndirilməsi qurumun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Başlıca məqsəd vətənpərvər insanların yüksək statusunun daim nümayiş etdirilməsi, onların sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin gücləndirilməsi ilə vətənpərvərliyin təşviq olunmasıdır. Respublika Veteranlar Təşkilatı bu qayğı və diqqəti yüksək qiymətləndirir və fəaliyyətində səmərəliliyi artırmağa çalışır. Hesabat dövründə təşkilatın nüfuzunun yüksəldilməsi, veteran təşkilatlarının ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atılıb. Veteranların sosial problemlərinin həlli onların fəallığının yüksəlməsinə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində daha yaxından iştiraklarına müsbət təsir göstərib.
Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlər barədə ətraflı məlumat verən C.Xəlilov bildirib ki, qurum gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda yetişmələri üçün ötən müddətdə çoxsaylı yerli və beynəlxalq səviyyəli mədəni-kütləvi tədbirlər keçirib. O, veteranlarla bağlı tədbirlərin mətbuatda geniş işıqlandırıldığını bildirərək bu baxımdan AZƏRTAC-ı xüsusi qeyd edib.
Vurğulanıb ki, hesabat dövründə təşkilatın Rəyasət Heyətinin iclaslarında bir sıra aktual problemlər, o cümlədən veteranların sosial müdafiəsi məsələsi müzakirə edilib, onlara əməli kömək göstərilib. Bu il Respublika Veteranlar Təşkilatına ayrılan vəsaitin xeyli hissəsinin müalicəyə ehtiyacı olan İkinci Dünya müharibəsi veteranlarına çatdırılması təmin edilib. Ötən müddətdə təşkilata daxil olmuş 100-dən çox müraciətlə əlaqədar müvafiq qurumlara məktublar göndərilib, problemlər əsasən həll olunub.
Bildirilib ki, bu il veteranlarımız faşizm üzərində Qələbənin 71-ci ildönümünü təntənəli şəkildə qeyd etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda (ümumxalq səsverməsi) fəal iştirak ediblər.
Veteranlara dövlətimizin tərəfindən göstərilən diqqət və qayğıdan danışan C.Xəlilov deyib ki, hər il İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyev müharibə veteranları ilə görüşərək onların problemləri ilə maraqlanır. İkinci Dünya müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımın məbləğinin ildən-ilə artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanmış çoxsaylı Fərman və sərəncamlar bu sahəyə dövlət qayğısının əyani göstəricisidir. Respublika Veteranlar Təşkilatının sədri bu diqqət və qayğıya görə veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Gələn il görüləcək tədbirlərdən danışan ehtiyatda olan polkovnik deyib ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətə başlamasının 30 illik yubileyinin qeyd edilməsi ilə bağlı müvafiq tədbirlər planı hazırlanıb. Plana əsasən, müxtəlif təşkilat və müəssisələrdə tədbirlərin keçirilməsi, qurumun tarixinə aid kitabın nəşri nəzərdə tutulur. Respublika Veteranlar Təşkilatı öz fəaliyyəti ilə bağlı mediaya daim açıqdır və digər veteran təşkilatları ilə gələcəkdə də səmərəli əməkdaşlıq qurmağa hazırdır.
Sonra məruzə ətrafında çıxışlar olub, təşkilati məsələlərə baxılıb, Respublika Veteranlar Təşkilatının 2017-ci il üçün iş planı təsdiq edilib.
Qurumun rayon təşkilatlarının sədrləri və digərləri çıxış edərək hesabat dövründə görülən işlərdən danışıblar.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarova, Respublika Veteranlar Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Cahangir Nəsirov, Müdafiə Nazirliyinin zabiti, Prezident təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək yeniyetmə və gənclərimizin milli və hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində, veteran hərəkatının inkişafında, cəmiyyətimizin həyatında mühüm rol oynayan Respublika Veteranlar Təşkilatının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini vurğulayıblar. Apreldə düşmən üzərində mühüm qələbə qazanan Azərbaycan əsgərinin döyüş ruhunun yüksəldilməsində veteranların misilsiz rolu xüsusi qeyd edilib. Bildirilib ki, bütün bunlar ölkə rəhbərliyinin respublikamızda veteran hərəkatına və Azərbaycan veteranlarına göstərdiyi diqqət və qayğının nəticəsidir.
Hesabat dövründə təşkilatın fəaliyyətinin səmərəli təşkilində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə veteranlara göstərilən diqqət və qayğının mühüm rol oynadığı xüsusi vurğulanıb. Plenum iştirakçıları Respublika Veteranlar Təşkilatının hər zaman dövlətin yanında olduğunu, Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək Onu dəstəklədiklərini bildiriblər.
Plenumda hesabat məruzəsi və respublika veteranlar təşkilatının cari ildəki fəaliyyəti qənaətbəxş hesab edilib. Təşkilatın ölkəmizin ictimai-siyasi həyatında rolu yüksək qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

