Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İstanbulda Turan Yazqan Böyük Ödülünün təqdimatı keçiriləcək

İstanbulda Turan Yazqan Böyük Ödülünün təqdimatı keçiriləcək

26.11.2016 [09:29]

Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu, mərhum Turan Yazqanın adına təsis edilmiş “Türk Dünyası Turan Yazqan Böyük Ödülü”nün təqdimat mərasimi keçiriləcək. Sözügedən vəqfdən verilən məlumata görə, təqdimat mərasimi dekabrın 3-də Türkiyənin İstanbul şəhərində baş tutacaq.
Məlumatda deyilir ki, təqdimat mərasimi eyni tarixdə baş tutacaq Turan Yazqanı anma proqramı çərçivəsində reallaşacaq. Proqram zamanı Turan Yazqan barədə hazırlanmış sənədli film nümayiş olunacaq, həmçinin, “Göz açdırmayan Boran-Turan” romanının təqdimatı baş tutacaq.
Sonra Azərbaycandan olan tanınmış sənətçi Azərinin konserti olacaq.
Qeyd edək ki, mərasimə Azərbaycandan da nümayəndələr dəvət olunub.

Paylaş:
Baxılıb: 858 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31