/ / Sədaqət Vəliyeva: Azərbaycan dövlətinin prioriteti insanların yüksək rifah içərisində yaşamasıdır
Sədaqət Vəliyeva: Azərbaycan dövlətinin prioriteti insanların yüksək rifah içərisində yaşamasıdır
30.11.2016 [09:26]
“Bu gün antiazərbaycan şəbəkəsinin siyasi direktivləri ilə hərəkət edən bəzi qruplar Tarif Şurasının qərarı ilə manipulyasiya edərək ictimai fikirdə çaşqınlıq yaratmağa çalışırlar. Xüsusilə də sosial şəbəkələrdə radikal müxalifət nümayəndələri saxta profillər vasitəsilə “kütləvi narazılıq fonu” yaratmağa cəhd göstərirlər. Lakin sadə Azərbaycan vətəndaşlarının onlara verdikləri cavablardan bəlli olur ki, bu gün hər bir azərbaycanlı Prezident İlham Əliyevə inanır və Onun addımlarını dəstəkləyir”.
Bu fikri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva AZƏRTAC-a açıqlamasında deyib.
Deputat bildirib ki, dünyada müşahidə olunan böhranlı vəziyyətin Azərbaycan vətəndaşlarına ciddi təsir etməməsi üçün Prezident İlham Əliyev bütün mümkün addımları atır, ölkənin sosial-iqtisadi vəziyyətini sabit saxlamağa çalışır. Dünya ölkələrində, xüsusilə də Avropanın planetar miqyasda “nümunə” kimi göstərilən dövlətlərində kommunal xərclərin, vergilərin ən yüksək həddə çatdırıldığı, sosial xərclərin ixtisar edildiyi bir vaxtda Azərbaycanda daha çox insanların rifah halının yaxşılaşdırılması tədbirləri haqqında düşünülür. İnkişaf etmiş ölkələrdə vergilər və kommunal tariflər artırılarkən nəinki insanların vəziyyəti nəzərə alınır, hətta vətəndaşlara məlumatlar belə verilmir. Amma Azərbaycanda sosial ədalət prinsipi qorunsun deyə vətəndaşların xeyrinə qərarlar verilir.
Dünya ölkələrində kommunal xərclərin Azərbaycana nisbətən dəfələrlə yüksək olmasına diqqət çəkən Sədaqət Vəliyeva qeyd edib ki, bu da Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin səmərəliliyindən irəli gəlir. “Məsələn, Rusiya, Ukrayna, Ermənistan, Türkmənistan, Qazaxıstan, Belarusu götürdükdə qazın qiyməti hər kubmetrə görə 20-60 qəpik, elektrik enerjisi 1 kilovat-saata görə 18-55 qəpik arasında dəyişir. Almaniyada elektrikdən istifadəyə görə isə 4 nəfərlik ailə ayda 85-100 avro ödəyir, qazdan istifadəyə gəldikdə isə ildə 800-850 avro xərcləməli olur. Elektrik enerjisinin hər 1 kilovat-saatına görə alman, fransız və belçikalı ailələr 11 avrosent ödəyirlər. İslandiyada 4 nəfərlik ailə isə kommunal xərclərə aylıq 200-300 avro pul ödəyir. Bir sözlə, bu gün orta amerikalı, yaxud avropalı ailə hər ay kommunal xərclərə 600-700 dollar pul ödəyirsə, Azərbaycanda bu rəqəm 40-60 manat arasında dəyişir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Deputat əlavə edib ki, Tarif Şurasının son qərarı bir daha Azərbaycan dövlətinin praqmatik siyasətinin və insan amilinə verdiyi dəyərin göstəricisi oldu. Prezident İlham Əliyevin inkişaf siyasətinin mərkəzində insan amili durduğundan Şura kommunal tariflərin hesablanmasında diferensiallaşma və optimallaşdırma variantına razılıq verdi. Bu da bir daha onu sübut edir ki, Azərbaycan dövlətinin prioriteti insanların yüksək rifah içərisində yaşamasıdır.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58

