“Azərbaycan milli musiqi alətləri: tarix və müasirlik” mövzusunda təlim keçirilib
03.12.2016 [12:36]
Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı rayonu “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində növbəti təlim keçirilib.
Region gənclərinin iştirakı ilə keçirilən təlim “Azərbaycan milli musiqi alətləri: tarix və müasirlik” mövzusunu əhatə edib. İştirakçılara Azərbaycan xalq çalğı alətləri arasında xüsusi yeri olan zərb alətləri, o cümlədən nağara aləti barədə məlumat verilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Xalq çalğı alətləri ifaçılığı” kafedrasının müəllimi Təhmasib Məmmədov ritm, nağara alətinin yaranma tarixi, bu qədim zərb alətinin orkestrdə rolu, solo ifası və ölkəmizin tanınmış nağara ifaçıları barədə mühazirə ilə çıxış edib.
Təlim zamanı praktik məşğələ də təşkil olunub. Mühazirəçi Təhmasib Məmmədov tələbələrin nağarada müşayiəti ilə bir sıra elementlər nümayiş etdirib. Həmçinin region musiqi məktəblərinin şagirdləri nağara alətində ifalarını nümayış etdirərək müvafiq praktik tövsiyələr alıblar.
Qeyd olunub ki, bu qədim zərb aləti üçün yazılan notlar musiqiçilərə nağarada xalq mahnıları ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri, həmçinin rus və Avropa klassiklərinin əsərlərini ifa etməyə imkan yaradır.
Bu silsilədən təşkil olunan təlimlər milli musiqi alətlərinin tarixinin öyrənilməsinə, o cümlədən gənclərin bilik və bacarıqlarının artırılmasına, istedadlı gənclərə dəstək göstərilməsinə yönəlib.
Qeyd edək ki, Masallıda fəaliyyət göstərən Heydər Əliyev İncəsənət Məktəbində RİİB və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə mütəmadi olaraq müxtəlif mövzularda təlim və seminarlar keçirilir. Bu günədək region gənclərinin iştirakı ilə teatr, rəngkarlıq, fotoqrafiya mövzularında seminar və praktik məşğələlər təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

