/ / Tibb Universitetində görkəmli alim və pedaqoq Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Tibb Universitetində görkəmli alim və pedaqoq Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
08.12.2016 [10:15]
Dünən Azərbaycan Tibb Universitetində tanınmış alim, iqtisad elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Aqil Əliyevin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə universitetin müəllim, tələbə heyəti, tanınmış elm adamları, ictimaiyyət nümayəndələri, eləcə də A.Əliyevin ailə üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Gəray Gəraybəyli Aqil Əliyevin həyatı, onun elmi fəaliyyəti ilə bağlı məlumat verib. Bildirilib ki, Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxll olub və 1951-ci ildə oranı bitirib. O, 1953-cü ilə qədər Azərbaycan SSRİ EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışıb, 1953-cü ildən isə Azərbaycan Tibb İnstitutunun “Siyasi iqtisad” kafedrasında işləməyə başlayıb. Tanınmış alim yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, bir neçə orden və medallarla, “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub. Aqil Əliyev 1986-2005-ci illərdə Azərbaycanın elmi-texniki inkişafının kompleks proqramının işlənməsində yaxından iştirak edib, “əhalinin sağlamlığının qorunması” problemləri komissiyasının sədri olub. O, həmçinin 2000-ci lllərdə Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsinin inkişaf sxeminin işlənib tərtib olunmasının müəlliflərindən biri olub. A.Əliyev kadr hazırlığı məsələsinə böyük diqqət və qayğı ilə yanaşıb. Bilavasitə onun rəhbəriliyi altında 4 doktorluq və 4 namizədlik dissertasiyası müdafiə olunub. 2001-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Daha sonra ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev geniş məruzə ilə çıxış edib. Q.Əliyev Aqil Əliyevin əhalinin həyat səviyyəsi, istehlak, sosial sahələrin iqtisadiyyatı problemlərinə dair sanballı elmi araşdırmalarının, kitablarının olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Aqil Əliyev 130-dan artıq elmi əsərin, o cümlədən 19 monoqrafiya və kitabın müəllifidir. Onun bir sıra əsərləri Moskvada, Sankt-Peterburqda və digər xarici ölkələrdə çap olunub. O, Azərbaycanda ilk dəfə tədqiq olunan “Şəxsi istehlakın iqtisadiyyatı”, “Tibbin iqtisadiyyatı”, “Xalq istehlakı”, “Aqrar iqtisadiyyatın aktual problemləri” və sair sanballı monoqrafiyaların müəllifidir: “Aqil müəllim Azərbaycan elminin inkişafına böyük nailiyyətlər qazandırıb. Onun həyat manifesti xeyirxahlıq etmək, insanlara kömək olmaq qayəsi daşıyırdı. Aqil müəllim bütün tələbələrinə əlindən gələn qayğını əsirgəmirdi. Görkəmli alimin Tibb Universitetində çalışdığı bütün zamanlarda elmi kadrların dünyagörüşünün formalaşmasında, onların yüksək səviyyədə yetişməsində böyük xidmətləri olub. 1970-ci ildən Aqil Əliyev şəhər və kənd əhalisinin həyat səviyyəsinin bərabərləşməsi, onların arasında fərqlərin aradan qalxması mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1979-cu ildə Aqil Əliyev professor adına layiq görülüb. 1983-cü ildə isə doktorluq dissertasiyası müdafiə edərək elmlər doktoru elmi dərəcəsini alıb”.
Daha sonra tədbirdə çıxış edən millət vəkili, akademik Ziyad Səmədzadə Aqil Əliyevin iqtisad elminin inkişafındakı rolundan danışıb. Millət vəkili qeyd edib ki, Aqil Əliyevin əhalinin həyat səviyyəsi, istehlak səviyyəsi, maddi istehlakın quruluşu, istiqamətləri, ona təsir edən amillərlə bağlı araşdırmaları sovet dövründə inqilabi xarakter daşıyırdı. Aqil Əliyevin araşdırdığı istiqamətlərin cəmiyyətin inkişafında hər zaman aktual mövzu olduğunu vurğulayan Z.Səmədzadə bu problemlərin daima dünyanı narahat etdiyini diqqətə çatdırıb. Millət vəkili bildirib ki, Aqil Əliyevin araşdırmalarında bu problemlərin həlli istiqamətləri özünü göstərir: “Aqil müəllim böyük alim olmaqla yanaşı, həm də çox gözəl xüsusiyyətlərə malik insan idi. Tanıdığı hər kəsə qayğı ilə yanaşardı. Hətta universitetdə belə hər kəsin problemləri ilə yaxından maraqlanırdı, onun həllinə köməklik göstərirdi. Mən əminəm ki, bundan sonra bir çox elm adamlarımız Aqil müəllimin böyük elmi araşdırmalarından yararlanacaq, həmin sahələr üzrə dissertasiyalar müdaifə edəcəklər. Aqil müəllim hər zaman ürəklərdə yaşayacaq”.
Daha sonra çıxış edən Azərbaycan Tibb Universitetinin professoru Surxay Musayev Aqil Əliyevlə bağlı xatirələrini bölüşüb. O, A.Əliyevin yüksək araşdırmaları ilə istər iqtisadiyyat elminə, istərsə də tibb sahəsinə böyük töhfələr bəxş etdiyini bildirib.
Çıxış edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Aqil Əliyevin xeyirxah, nəcib bir insan olduğunu bildirib. İ.İsmayılov böyük alimin gənc nəslə hər zaman qayğı ilə yanaşdığını, məsləhətlərini əsirgəmədiyini söyləyib: “Aqil müəllim tək auditoriyadakı tələbələrini deyil, hətta ətrafındakı insanları belə kamil görmək istəyirdi. Əks halda Aqil müəllimin etimadını qazanmaq mümkün olmazdı. Aqil Əliyev milli-mənəvi dəyərlərimizə həddən artıq çox bağlı idi. Hər bir kəsi xeyriyyəçilik işlərinə yönləndirirdi. Ümumiyyətlə, xeyriyyəçiliyi təşviq edirdi. Aqil müəllim ətrafındakı insanlara dövlətini, xalqını sevməyi, məsuliyyəti öyrədirdi. Gənclərimizə xarici ölkələrdə Azərbaycanla bağlı təbliğatlar aparmağı məsləhət görürdü. Aqil müəllimin verdiyi tövsiyələr hər zaman aktualdır. Aqil müəllim onu tanıyanların qəlbində möhtəşəm bir abidədir”.
Aqil Əliyevin ailə üzvləri adından Zərifə Əliyeva çıxış edərək belə mötəbər tədbirin təşkilinə görə professor Gəray Gəraybəyliyə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin və Onun xanımının ölkəmizin inkişaf etdirilməsi, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı gördükləri işlər göz önündədir.
Çıxış edən digər natiqlər də Aqil Əliyevlə bağlı xatirələrini bölüşüblər, böyük alimin elmi fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

