Nəsimi rayon ictimaiyyəti tərəfindən Ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub
09.12.2016 [09:45]
Dekabrın 8-də Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların, ali və orta təhsil müəssisələrinin kollektivləri, ictimaiyyətin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Əvvəlcə qonaqlar Ümummilli liderin siyasi fəaliyyətini əks etdirən vedoçarxa baxıblar.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən danışıb.
Vurğulanıb ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun hər səhifəsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
XX əsr Azərbaycan tarixinin ən parlaq siması Heydər Əliyevin siyasi obrazını təhlil edən natiq deyib ki, o, xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, bir sözlə, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir.
Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Onun düşünülmüş siyasi qərarları nəticəsində cəmiyyətimizdə hökm sürən xaos və anarxiya, iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliklər aradan qaldırıldı. Ulu öndərin Vətənimizin ərazi bütövlüyünün qorunub saxlanılması, ölkənin parçalanma təhlükəsinin aradan qaldırılması yönündə gördüyü işlərə toxunan icra başçısı bildirib ki, Heydər Əliyevin müstəqilliyimizin gerçək mənada möhkəmləndirilməsi yolundakı xidmətləri danılmazdır.
Qeyd olunub ki, Heydər Əliyev siyasi kursu daim inkişafda olan bir təlim olaraq yaşayır və müstəqilliyimizin daha da möhkəmlənməsinə təkan verir. Prezident İlham Əliyev Ümummilli liderin siyasi kursunu layiqli şəkildə davam etdirərək praqmatik daxili və xarici siyasəti ilə ölkəmizi uğurlu gələcəyə aparır. Bu gün xalqla dövlət arasında çox sıx bağların olduğuna diqqət çəkən natiq söyləyib ki, Heydər Əliyev ideyaları və siyasi kursu Azərbaycan durduqca yaşayacaq.
Daha sonra tədbir konsert proqramı ilə davam edib.
Konsertdə AzTV-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə respublikanın tanınmış musiqiçilərinin ifasında bir sıra xalq və bəstəkar mahnıları dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

