Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda seminar yekunlaşıb

“Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda seminar yekunlaşıb

09.12.2016 [09:46]

Dekabrın 8-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə layihəsi əsasında təşkil edilən “Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda iki həftəlik seminarın bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, jurnalistlər üçün təşkil edilən seminarın yekununda QMİ sədri şeyxülislam Allahşükür Paşazadə, DQİDK sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və din xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Allahşükür Paşazadə seminarın keçirilməsinin əhəmiyyətindən danışıb. O deyib ki, indiyədək Azərbaycanda jurnalistlərlə din xadimləri arasında belə yüksək səviyyəli görüş baş tutmamışdı. İlk dəfədir ki, jurnalistlərlə bu cür geniş şəkildə görüş keçirilir və bu çox önəmli bir məsələdir. Hər bir dövlətin dinə özünəməxsus münasibəti var. Azərbaycanda dinə diqqət və qayğı yüksək səviyyədədir. “Din haqqında yazan jurnalistlərin bu sahədə biliyi yetərincə olmalıdır. Bu seminar sayəsində jurnalistlər din xadimləri ilə görüşərək onların fəaliyyəti ilə daha dərindən tanış oldular”, - deyə şeyxülislam qeyd edib.
QMİ sədri vurğulayıb ki, dinimizi düzgün təbliğ etmək, insanlara dini bilgiləri düzgün vermək, onları maarifləndirmək üçün jurnalistlərin bu sahədə bilik və təcrübələri olmalıdır. Buna görə də Bakı İslam Universitetində jurnalistika ixtisası açmaq istəyirik. Uzun müddətdir bununla bağlı layihə üzərində iş gedir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın mətbuat tarixində böyük yenilik olan bu seminarın çox yaxşı nəticələrinin olacağını söyləyib. Qeyd edilib ki, jurnalistlər seminarda müxtəlif dini mövzularda müəyyən biliklər əldə ediblər. Mühazirələrin mövzuları din xadimləri tərəfindən hazırlanmışdı. Komitə sədri jurnalistlərin dinlə bağlı biliklərinin artırılması baxımından bu cür seminarların gələcəkdə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, bu seminarın təşkil edilməsi Azərbaycan jurnalistikası üçün çox vacib addımdır. Azərbaycan jurnalistlərində ixtisaslaşma məsələləri kifayət qədər problemli məsələdir. Misal üçün, iqtisadiyyatdan, mədəniyyətdən yazan jurnalist dini məsələlərdən də yazır. Əlbəttə, həmin jurnalist dinin dərinliyinə qədər gedə bilmir. Onların informasiyalarında kifayət qədər qeyri-dəqiq rəqəmlərə, anlaşılmaz ifadələrə rast gəlinir. Bu baxımdan belə halların aradan qaldırılması üçün bu cür kursların böyük əhəmiyyəti var.
Tədbir müzakirələrlə davam etdirilib.
Sonda seminarda iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31