ATXƏM Aqil Əliyevin 90 illik yubileyi ilə bağlı tədbir keçirib
13.12.2016 [10:15]
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə görkəmli alim və pedaqoq Aqil Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Yubiley tədbirində əvvəlcə Aqil Əliyevin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş etdirilib. Məlumat verilib ki, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra, o, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olub və 1951-ci ildə oranı bitirib. 1953-cü ilə qədər Aqil Əliyev Azərbaycan SSRİ Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Sonrakı illərdə bir sıra sahələrin inkişafına öz töhfəsini verən Aqil Əliyev iqtisad elminə böyük marağı olduğundan 1953-cü ilin may ayından Azərbaycan Tibb İnstitutunun “Siyasi iqtisad” kafedrasında işləməyə başlayıb. O, 1970-ci ildə iqtisad elmləri namizədi, 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adlarına layiq görülüb, 1983-cü ildə iqtisad elmləri doktoru adı qazanıb. Aqil Əliyev elm sahəsindəki xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, bir neçə orden və medallarla, “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub. 2006-cı il, mart ayının 7-də dünyasını dəyişib.
Tədbirdə çıxış edən ATXƏM-in sədri İlham İsmayılov görkəmli alimlə bağlı xatirələrini bölüşüb. İ.İsmayılov Aqil Əliyevin nəcib, xeyirxah xarakterə malik bir insan olduğunu dilə gətirib. Onun sözlərinə görə, Aqil Əliyev gənclərin elmə marağının artırılmasına, onların savadlı, ən əsası vətənpərvər kadr kimi yetişməsinə xüsusi diqqət göstərirdi: “Aqil Əliyev Azərbaycan iqtisadiyyat elminə mühüm töhfələr vermiş bir şəxsiyyətdir. İstər işlədiyi kollektivdə, istərsə də tanıdığı insanların problemlərinin həlli ilə bağlı əlindən gələn köməyi əsirgəməzdi. Onu tanıyan hər kəs Aqil müəllimin xatirəsini böyük sevgi ilə yad edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin professor Aqil Əliyevin 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam hər birimizi çox sevindirdi və hər birimiz hörmətli dövlət başçımıza minnətdarlıq edirik. Aqil müəllimin yubileyi ilə bağlı bir sıra tədbirlər təşkil olunur. Əminəm ki, bu tədbirlər silsilə xarakteri daşıyacaq və Aqil müəllimin Azərbaycan elminə verdiyi yeniliklər, qoyduğu elmi irs gənclərimiz tərəfindən öyrəniləcək, araşdırılacaq”.
Çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də Aqil Əliyevin dəyərli alim, gözəl insan, vətənpərvər bir şəxsiyyət olduğunu vurğulayıb. Aqil Əliyevin vəfatını Azərbaycan elminin böyük itkisi kimi dəyərləndirən millət vəkili onun Yeni Azərbaycan Partiyasına da bağlı bir insan olduğunu dilə gətirib. Bildirib ki, görkəmli alim Aqil Əliyev Yeni Azərbaycan Partiyasının həyatında yaxından iştirak edirdi: “Aqil Əliyev çox dəyərli bir ziyalımız idi. İqtisadiyyat elminin bir sıra mühüm sahələrinin inkişafı birbaşa Aqil müəllimin adı ilə bağlıdır. Professor Aqil Əliyev yüksəkixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətlər göstərib. Aqil Əliyev həyat səviyyəsi, istehlak, sosial sahələrin iqtisadiyyatı problemlərinə dair sanballı elmi araşdırmaları, kitabları ilə tanınan, uzun illər respublikamızın ali təhsil sistemində məhsuldar və səmərəli fəaliyyət göstərən görkəmli iqtisadçı alimlərdən olub. Mən əminəm ki, Aqil müəllimin xatirəsi hər kəs tərəfindən çox əziz tutulur”.
Daha sonra tədbirdə çıxış edən iqtisadçı alim Şahbaz Musaoğlu, Fərhad İsmayılov, akademik Vəli Əliyev və başqaları Aqil Əliyevin 130-dan artıq elmi əsərin, o cümlədən 19 monoqrafiya və kitabın müəllifi olduğunu bildiriblər. Qeyd edilib ki, görkəmli alimin bir sıra əsərləri Moskvada, Sankt Peterburqda və digər xarici ölkələrdə çap olunub. Çıxış edən natiqlər Aqil Əliyevin Azərbaycanda ilk dəfə tədqiq olunan “Şəxsi istehlakın iqtisadiyyatı”, “Tibbin iqtisadiyyatı”, “Xalq istehlakı”, “Aqrar iqtisadiyyatın aktual problemləri” və s. sanballı monoqrafiyaların müəllifi olduğunu diqqətə çatdırıblar. Yubiley tədbirinin sonunda iştirakçılara professor Aqil Əliyevin 90 illik yubileyi ilə əlaqədar çap edilmiş kitablar hədiyyə edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

