“Azərbaycanın soyuq silahları” kitabının rusca nəşri buraxılıb
16.12.2016 [10:12]
Dekabrın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanın soyuq silahları” adlı kitabın rusca nəşrinin (“İstoriçeskoye orujiye Azerbaydjana”) təqdimatı keçirilib. Kitabın müəllifləri Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, hüquq elmləri doktoru Fuad Cavadov, Naxçıvan Muxtar Respublikasının sabiq ədliyyə naziri Azər Məmmədov və hüquqşünas, baş ədliyyə müşaviri Adil Minbaşıdır.
AZƏRTAC xəbər verir ki, tədbiri kitabxananın direktoru Kərim Tahirov açıb. O qeyd edib ki, “Azərbaycanın soyuq silahları” kitabı Azərbaycan hərb sənətinin qədim və şanlı tarixinə həsr edilib. Bu kitabda xalqımızın görkəmli sərkərdələri, silah ustaları barədə ətraflı məlumat verilib, ən qədim dövrlərdən XIX əsrə qədər Azərbaycan hərb sənətinin inkişafının bütün mərhələləri işıqlandırılıb. K.Tahirov əmin olduğunu bildirib ki, yeni kitab ölkəmizin hərbi ədəbiyyatı sırasında layiqli yer tutacaq.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin silahlı qüvvələrinə daim diqqət və dəstək göstərir. Azərbaycan ordusunun qüdrəti günbəgün artır. 2016-cı il aprel döyüşləri buna əyani nümunə oldu. Həmin döyüşlərdə bizim hərbi qulluqçular igidlik göstərərək düşməni dəf etdilər, torpaqlarımızın bir hissəsi işğaldan azad olundu. Ə.Vəliyev bir məqamı da vurğulayıb ki, ilkin variantı Azərbaycan dilində çap edilmiş “Azərbaycanın soyuq silahları” kitabını rus dilindən əlavə, başqa dillərə də tərcümə etmək planlaşdırılır. O, əsərin müəlliflərinə ölkəmizin hərb sənəti tarixinə verdikləri bu sanballı töhfəyə görə təşəkkürünü bildirib.
Tədbir diskussiyalarla davam edib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

