BDU-nun sosial elmlər və psixologiya fakültəsinin yaranmasının 25 illiyi qeyd olunub
20.12.2016 [10:29]
Dekabrın 19-da Bakı Dövlət Universitetində (BDU) sosial elmlər və psixologiya fakültəsinin yaranmasının 25 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov BDU-nun tarixi, beynəlxalq əlaqələri, əldə olunan uğurlar, sosial elmlər və psixologiya fakültəsinin universitetin həyatındakı rolu barədə danışıb. Bildirilib ki, sosial elmlər və psixologiya fakültəsi ölkəmizdə baş verən sosial-siyasi hadisələr fonunda suveren dövlətimiz üçün sosial-siyasi münasibətlər ixtisasları üzrə kadr hazırlığına ehtiyacdan yaranıb. Fəaliyyəti dövründə respublikamız üçün minlərlə yüksək ixtisaslı mütəxəssis hazırlayan fakültə həm də uzun illər ərzində bir sıra xarici ölkələr üçün yüzlərlə kadr hazırlayıb, beynəlxalq miqyasda tanınan peşəkar müəllimlərin yorulmaz xidməti sayəsində regionun elmi mərkəzinə çevrilib, ali struktur rəhbərlərinin formalaşmasında müstəsna rol oynayıb. Fakültənin psixologiya, sosiologiya, sosial iş, fəlsəfə və politologiya ixtisaslarının yetirmələri bir çox fəaliyyət sahələrində uğurla çalışır, layiqli vətəndaş və mütəxəssis kimi özlərini təsdiqləyirlər.
A.Məhərrəmov qeyd edib ki, ötən 25 ildə fakültənin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib, yeni kafedralar yaradılıb, mövcud kafedralarda struktur dəyişiklikləri aparılıb. Fakültənin kafedraları müvafiq ixtisaslar üzrə aparıcı kafedralar olduğundan digər ali məktəblər və kolleclər, habelə bir sıra digər müəssisələr üçün yüksək ixtisaslı kadrlar hazırlanmasında fəal iştirak edirlər.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə fakültənin tarixi, bugünkü fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, hazırda fakültənin nəzdində səkkiz kafedra, elmi tədqiqat laboratoriyaları və mərkəzlər fəaliyyət göstərir. Fakültədə 106 nəfərdən ibarət pedaqoji heyət, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının bir müxbir üzvü, 20 nəfər elmlər doktoru, professor, 56 nəfər elmlər namizədi, dosent, 12 nəfər baş müəllim, 17 müəllim çalışır. Hazırda fakültədə 1400-dək tələbə və magistrantın təhsil aldığını qeyd edən dekan burada tədrisin təşkili və yüksək ixtisaslı kadr hazırlığı ilə bağlı görülən işlər barədə danışıb.
Bildirilib ki, bu fakültənin yaradılması ilə universitetin, respublikanın humanitar elm və təhsilinin tarixində yeni bir mərhələ açılıb. Sosial elmlər və psixologiya fakültəsi bir çox elmi və tədris istiqamətləri üzrə elmi tədqiqatlar aparıb, cəmiyyətin təfəkkür mədəniyyətini formalaşdırıb. Fakültə çətin inkişaf yolu keçib və nəticədə sosiologiya, politologiya, fəlsəfə, psixologiya cəmiyyətimizdə baş verən iqtisadi, sosial-siyasi, mənəvi proseslərin ayrılmaz tərkib hissəsinə çevrilib.
Milli Məclisin deputatları Hadı Rəcəbli və Səməd Seyidov, professor Əjdər Ağayev fakültənin əməkdaşlarını və tələbələri yubiley münasibətilə təbrik edib, uğurlar arzulayıblar.
Fakültənin bir qrup əməkdaşına fəxri fərman, təşəkkürnamə və pul mükafatı təqdim edilib.
Tədbir bədii hissə ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

