Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Ədəbi qaynaqlar və ədəbi dəyərlər” kitabının təqdimatı olub

“Ədəbi qaynaqlar və ədəbi dəyərlər” kitabının təqdimatı olub

21.12.2016 [09:44]

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan dili” kafedrasının professoru Maarifə Hacıyevanın “Ədəbi qaynaqlar və ədəbi dəyərlər” kitabının təqdimatı keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xalq şairi Nəriman Həsənzadə əsəri yüksək dəyərləndirib, onun Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, tarixi, etnoqrafiyası haqqında əvəzsiz əsər olduğunu söyləyib.
Tehran Rudhen Universitetinin doktoru Hüseyn Soytürk fars dilində də çap edilən kitabın İran oxucuları üçün faydalı olacağını xüsusi vurğulayıb.
M.Hacıyeva bildirib ki, milli-mənəvi dəyərlərə daha çox üstünlük verdiyi əsərində müasir ədəbi proses, bu prosesin tarixi və ədəbi folklor qaynaqları, müstəqillik dövründə əldə olunan ədəbi töhfələr, portret yazılar əsasında təhlillər aparılıb, türk və Azərbaycan ədəbi-mədəni əlaqələrinin tarixi köklərinə diqqət ayrılıb.
Sonda “Ədəbi qaynaqlar və ədəbi dəyərlər” kitabı müəllifin imzası ilə iştirakçılara hədiyyə edilib.

Paylaş:
Baxılıb: 501 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31