Bakı Slavyan Universitetində Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan konfrans keçirilib
21.12.2016 [09:49]
Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş “Azərbaycanın görkəmli elm xadimi Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin tərbiyə işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru Xanım Sultanova elmi-praktik konfransın Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı BSU-da nəzərdə tutulmuş silsilə tədbirlərdən biri olduğunu vurğulayıb. X.Sultanova respublikamızın səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr vermiş Əziz Əliyevin İkinci Dünya müharibəsi illərində apardığı işlərin böyük əhəmiyyətindən söz açıb. Prorektor qeyd edib ki, Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır.
Konfransda “Dövlət xadimi Əziz Əliyev”, “Azərbaycanın görkəmli elm xadimi Əziz Əliyevin siyasi fəaliyyətinin Dağıstan dövrü”, “Şərəfli ömür yolu”, “Keçmişdən bu günə Əziz Əliyev”, “Əziz Əliyevin xatirəsinə”, “Tarixin səhifəsində, xalqın yaddaşında” mövzularında məruzələr dinlənilib.
Görkəmli alimin həyat yolunu əks etdirən videoçarx göstərilib.
Tədbirdə professor Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş esse müsabiqəsinin nəticələri barədə məlumat verilib. Bildirilib ki, esse müsabiqəsində BSU-da təhsil alan magistrantlar, bakalavrlar, o cümlədən BSU-nun Məktəb-Lisey Kompleksinin (MLK) şagirdləri iştirak ediblər. Esselər BSU-nun ibtidai təhsil kafedrasının əməkdaşlarından ibarət komissiya tərəfindən yoxlanılıb, qaliblər müəyyənləşdirilib.
Qaliblərə diplomlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29

