Dini radikalizmə qarşı ideoloji mübarizə aparılmalıdır
23.12.2016 [09:44]
Dekabrın 22-də Biləsuvarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətinin rəhbərləri, dini işlər üzrə komissiyanın üzvləri, dini icma sədrləri, din xadimləri, habelə ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Azərbaycanda multikulturalizm siyasətinin daha da möhkəmləndirilməsi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi və təşviqi sahəsində məqsədyönlü işlər aparıldığını vurğulayıb. Bildirilib ki, respublikamızda, həmişə olduğu kimi, bu gün də müxtəlif millətlərin nümayəndələri birgə yaşayır və bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə yaşayan müxtəlif din mənsublarına dövlətin göstərdiyi qayğıdan bəhs edib. Eyni zamanda bildirib ki, dini radikal qrupların Azərbaycanda kök atması üçün heç bir mühit yoxdur. Bizim əxlaqi dəyərlərimiz, mədəniyyətimiz, tariximiz buna imkan vermir. Amma təəssüflər olsun ki, bunu ölkəmizə süni şəkildə gətirirlər. Buna görə də belə hallara qarşı ideoloji baxımdan ciddi mübarizə aparılmalı, dini bilgini rəsmi din xadimlərindən öyrənməliyik. Bu zaman xurafatdan uzaq olarıq.
Komitə sədri qeyd edib ki, bu gün dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir, İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi vacib amilə çevrilir.
Müşavirədə qeyd olunub ki, ölkəmizdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri müvafiq qanunlarla tənzimlənir. Konstitusiyamızda beynəlxalq hüququn norma və prinsipləri öz əksini tapmaqla yanaşı, hüquq və azadlıqlar təsbit edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

