Xaçmazın 7 kəndinə içməli su verilib
27.12.2016 [09:59]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq içməli su çatışmazlığı müşahidə edilən kəndlərin su təchizatının yaxşılaşdırılması tədbirlərini davam etdirir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə bölgələrdən daxil olmuş müraciətlər əsasında 5 rayonda 13 kəndin içməli su təchizatının yaxşılaşdırılması Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına daxil edilib və həmin kəndlərdə layihələr həyata keçirilib. Xaçmaz rayonunun 7 kəndini əhatə edən içməli su layihəsinin icrası yekunlaşıb və suyun verilməsinə başlanılıb.
Rayonun Qaradağlı və Gülalan kəndlərində keçirilən açılış mərasimlərində Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, ölkə rəhbərliyinin şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərin də içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə respublikada həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. İçməli su problemi müşahidə olunan kəndlərdən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə daxil olmuş müraciətlər əsasında kəndlərin su təchizatı imkanları araşdırılmış və qısa müddətdə layihələr işlənərək icra edilmişdir”.
Tədbirdə çıxış edən kənd sakinləri indiyədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən gətirdiklərini və quyu sularından istifadə etdiklərini vurğulayıblar. Sakinlər içməli su probleminin həllinə göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Xaçmaz rayonunun 7 kəndində həyata keçirilmiş layihə çərçivəsində Qaradağlı, Alıcqışlaq, Çiləgir, Manaf-Oba, Seyidlər, Aşağı Ləgər və Gülalan kəndlərində içməli su təchizatı sistemləri yaradılıb. Həmin kəndlərdə müxtəlif diametrli borularla 14 km içməli su xətti çəkilib, bulaqlar quraşdırılıb. Hazırda Xaçmaz rayonunun Gülalan, Aşağı Ləgər, Alıcqışlaq, Manaf-Oba və Seyidlər kəndlərinə içməli su artezian quyuları, Qaradağlı və Çiləgir kəndlərinə isə II Bakı Su Kəmərindən verilir. Yeni layihənin icrasından Xaçmaz rayonunun 7 kəndinin 4600-dək sakini faydalanıb. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə daxil olmuş müraciətlər əsasında Ağsu rayonunun Elabad və Yenilik, Şabran rayonunun Təzəkənd və Dəvəçi, Hacıqabul rayonunun Navahı və İsmayıllı rayonunun Kürdmaşı kəndlərində də layihələrin icrasına qərar verilib. Artıq Elabad və Yenilik kəndlərində layihələrin icrası başa çatıb, Şabran rayonunun Təzəkənd və İsmayıllı rayonunun Kürdmaşı kəndlərində işlər yekunlaşma ərəfəsindədir. Şabran rayonunun Dəvəçi və Hacıqabul rayonunun Navahı kəndlərində layihələrin icrası davam etdirilir. Ümumilikdə 5 rayonun 13 kəndində 30 km-dən artıq su xəttinin çəkilməsi nəzərdə tutulur. Bu layihələrdən həmin kəndlərin 6200-dək sakini faydalanacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

