UNEC şəhidlərini ehtiramla yad edir
20.01.2017 [09:50]
Yanvarın 19-da UNEC-də 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilən tədbir keçirilib. UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial Abidənin önündə təşkil edilən tədbirdə universitetin professor-müəllim heyəti ilə birlikdə şəhid ailələri də iştirak ediblər.
Öncə UNEC rektoru, professor Ədalət Muradov, universitet kollektivi və şəhid ailələri “Qanlı Yanvar UNEC tələbələrinin gözü ilə” adlı rəsm və fotosərgiyə baxış keçirib, Memorial Abidənin önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
UNEC rektoru, professor Ədalət Muradov 20 Yanvar faciəsinin başvermə səbəblərindən söz açaraq, 27 il əvvəl törədilən qətliamın insanlığa qarşı qatı cinayət olduğunu, yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunan bu tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü sayıldığını vurğulayıb. “Şəhid tələbələr hər zaman bizim qürur mənbəyimiz olub” deyən rektor UNEC-də onların adının daim hörmət və ehtiramla xatırlandığını bildirib.
Rektor 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi barədə də danışıb. Qeyd edib ki, bu hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət yalnız Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra verildi.
UNEC-in şəhid tələbəsi Habil Əzizovun qardaşı Etimad Əzizov qardaşı ilə bağlı xatirələrini bölüşüb: “Qardaşım Habil öz doğum günündə şəhidlik zirvəsinə ucalıb. Bu universitetin tələbəsi olmağı uşaqlıqdan arzu edirdi. Tale belə gətirdi ki, o məzun ola bilmədi və İqtisad Universitetinin əbədi tələbəsi adını qazandı”.
Tədbirə qatılan digər şəhid yaxınları - İlqar Əbilhəsənovun qardaşı Yavər Əbilhəsənov və Məhəmməd Umudovun atası Eldar Umudov şəhid ailələrinə olan dövlət dəstəyindən söz açıblar. Azərbaycan xalqının öz şəhidlərini heç vaxt unutmayacaqlarını bildiriblər.
20 Yanvar şəhidi Aslan Ağaverdiyevin nəvəsi, UNEC-in tələbəsi Aslan Əzimzadə adını daşıdığı babasının şəhidlik zirvəsinə ucalmasından söz açıb. “Şəhid ailəsində göz açdığımdan əminliklə deyə bilərəm ki, dövlətimizin diqqətini hər zaman hiss etmişəm” deyən A.Əzimzadə UNEC tələbələrinin şəhidlərin qəhrəmanlıq yolunu davam etdirməyə hazır olduqlarını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

